Bazar ertəsi , Mart 20 2023
Ana səhifə / Cəmiyyət / Qanunsuz parkinq Şəfiqə Məmmədovanın ittifaqına məxsus imiş

Qanunsuz parkinq Şəfiqə Məmmədovanın ittifaqına məxsus imiş

Bakının Nəsimi rayonunda yaradılan qanunsuz parklanmanın Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqı tərəfindən yaradıldığı məlum olub.

Bu barədə Bakı Şəhər İcra Hakimiyyətinin yaydığı məlumatda deyilir.

Bildirilib ki, ölkə başçısının tapşırığına uyğun olaraq dərhal qanunsuz parklanma yerinin sökülməsinə və piyada səkisinin əvvəlki vəziyyətinə gətirilməsinə başlanılıb. Həmçinin təqsirkarların müəyyən edilməsi məqsədilə araşdırmalar aparılır.

Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının sədri SSR Xalq artisti Şəfiqə Məmmədovadır.

Həmçinin oxuyun

Azərbaycanda Novruz bayramıdır

Azərbaycanda Novruz bayramı qeyd edilir. Azinforum.az xəbər verir ki, Novruzun qeyd edilməsi yeni ilin, yazın ilk …