Bazar ertəsi , Noyabr 28 2022
Ana səhifə / Cəmiyyət / Qalmaqallı videosu yayılan sabiq deputat: “Qadını duya bilməyən kişilər var”

Qalmaqallı videosu yayılan sabiq deputat: “Qadını duya bilməyən kişilər var”

“Səlahiyyətim olsaydı, TikToku ləğv edərdim, bilirsiniz, nə qədər ziyandır?! Sosial şəbəkədə oxuyursan ki, 3 uşağın anası ailəsini atıb, kimləsə qaçıb. Bu, internetin xidmətləridir. Mentalitetimiz, adət-ənənələrimiz var, belə şey olar? Biabırçılıqdır!”

Bunu sabiq deputat Hüseynbala Mirələmov APA TV-yə müsahibəsində bildirib.

H.Mirələmov qeyd edib ki, islahatları insanların beynində həyata keçirmək lazımdır.

O, bildirib ki, qadını duya bilməyən kişilər var: “Həmin kişilər qadını sıxırlar. Amma boşanmaların səbəbi bu deyil. Boşanma başqa temadır. Ana qızını elə formalaşdırmalıdır ki… Bilməlidir ki, öldürsələr də dönüklük olmaz. Qız dərk etməlidir ki, əri onun bütüdür, məbədidir. Nə ər, nə də qadın “qırmızı xətti” keçməlidir. Sevgidə, məhəbbətdə sədaqətli olmaq lazımdır. Heç bir şey onları çaşdırmamalıdır”.

Qeyd: 2021-ci ilin aprelin 21-də H.Mirələmovun sosial şəbəkələrdə qeyri-etik hərəkətlərinin olduğu videosu yayılıb. Görüntülərin ADNSU-nun Elmi Şurasının onlayn iclası zamanı çəkilib. H.Mirələmov ADNSU-da kafedra müdiri, YAP-ın Xətai rayon təşkilatının sədri vəzifələrindən azad edilib, partiyanın Veteranlar Şurasının üzvlüyündən çıxarılıb.

Həmçinin oxuyun

Sənubər İsgəndərli: “Qızıma çox qadağa qoyduğuma görə peşmanam” – FOTO

“Məndə insanlara qarşı həmişə məsafə var. Zarafat sevirəm, deyib-gülməyi xoşlayıram. Çalışıram kiminsə qəlbinə dəyməyim, amma …