Çərşənbə , Sentyabr 28 2022
Ana səhifə / Cəmiyyət / Qalmaqallı “İki gözüm Əhməd” filmi Bakıda

Qalmaqallı “İki gözüm Əhməd” filmi Bakıda

Türkiyə istehsalı olan “İki gözüm Əhməd” bədii filminin 1 may tarixindən etibarən Azərbaycanda, “Park Cinema”da  nümayişinə başlanıb. “İki gözüm Əhməd” filminin rejissoru Qəni Rüzgar Şavata və Hakan Gürtopdur. Filmin Azərbaycanda yayımlanması üzrə koordinator Sahil İmanovdur. 

Xatırladaq ki, 2020-ci ildə ekranlara çıxan film Türkiyədə ciddi uğur qazana bilmədi. Həmin ilin fevralın 7-də nümayiş olunacağı gözlənilən film yalnız avqustun 27-də ekranlara çıxa bilmişdi. Səbəb isə Əhməd Kayanın ailəsinin filmi məhkəməyə verməsi olmuşdu. Müğənninin həyat yoldaşı Gültən Kaya və qızları ekran işinin efirə getməsinin qarşısını almaq üçün məhkəməyə müraciət etmişdilər. Ailə bildirmişdi ki, Kayanın ailə üzvlərindən icazə alınmadan, onun həyatını mövzuya çevirən bütün layihələr Türkiyə Cümhuriyyətində və bütün dünyada qanunsuzdur.

Türkiyə mətbuatının yazdığına görə, 700 kinoteatrda nümayiş etdirilən “İki gözüm Əhməd” filminə Avropa və Türkiyədə üst-üstə cəmi 100 min baxış sayı olub. Filmin rejissoru Qəni Rüzgar Şavatanın bununla bağlı dedikləri: “Mən bu gün üsyanı edirəm ki, xalqım bizi başa düşmür. Bu film vizyon üzərindədir, 265 ticarət mərkəzində 700-ə yaxın kinoteatrda nümayiş etdirilir. Amma bu gün gələn məqam odur ki, Avropada 50 min və Türkiyədə 50 min tamaşaçı tərəfindən izlənilib. Lakin deyim ki, biz bu filmi pul üçün çəkməmişik”.

Azər RƏŞİDOĞLU - müəllifin son məqalələri və hadisələrin icmalı - Sputnik  Azərbaycan

Kifayət qədər ziddiyyətli həyatı və siyasi baxışları olan A.Kayaya münasibət birmənalı deyil. Türk millətçiləri Əhməd Kayanı “kürd separatizminin müğənnisi” sayırlar. Bəs Azərbaycan türkçülərinin Əhməd Kaya barəsində mövqeləri necədir? Ölkəmizdə onun barəsində çəkilən filmin uğur qazanması nə qədər realdır?

“Yeni Müsavat”ın əməkdaşı olaraq ilk öncə filmin nümayiş etdirildiyi “Park Cinema” ilə əlaqə saxlayıb, azərbaycanlı tamaşaçıların filmə olan marağı ilə maraqlandıq. “Park Cinema” şəbəkəsinin PR meneceri Rüstəm Fətəliyev mövzu ilə bağlı “Yeni Müsavat”a açıqlamasında bildirdi:

““İki gözüm Əhməd” filminə kifayət qədər çox baxılır. Bildiyiniz kimi, film mayın 1-dən artıq nümayiş olunur. Filmin nümayiş tarixi bayramlara, düşməsinə baxmayaraq – hansı ki, bayramlarda bildiyiniz kimi, insanlar daha çox rayonlara və yaxud ölkə xaricinə üz tutur- xeyli sayda tamaşaçı filmə baxmağa gəldi. Bu marağı nəzərə alaraq mayın 5-də filmin rejissoru Qəni Rüzgar Şavatanının Bakıda konfransını təşkil etdik”.

Filmin Azərbaycanda yayımlanması üzrə koordinator Sahil İmanov isə qeyd etdi ki, bu filmin Bakıda göstərilməsində məqsədləri milyonlarla izləyici qazanmaq deyil: “İstəyirik ki, insanlara istədikləri filmi izlədək. Bu say 1 milyon da, 500 min də ola bilər. Bizim filmin Türkiyədə uğur qazanmaması doğru deyil. Biz filmi çəkdik, lakin Əhməd Kayanın ailəsi ilə problem yaşadıq, onlar bizi məhkəməyə verdi. Sonra da araya pandemiya  girdi,  kinoteatrlar bağlandı. Buna görə də film cəmi 3 gün kinoteatrlarda qaldı. 3 gün çərçivəsində bizim izləmə sayımız 150 min nəfəri keçdi. Yəni bu üç gün ərzində olan saydır. 

Avropaya gəldikdə isə hələ də Almaniyada, Hollandiyada kinoteatrlarda bu film nümayiş  olunur. Yəni filmə böyük tələbat var.  Azərbaycanda isə tamamilə başqa cür böyük maraq var.  Mən azərbaycanlı olduğuma görə çalışıram ki, Türkiyədə gördüyümüz işləri Azərbaycanda da nümayiş etdirək. Bu səbəbdən filmin Azərbaycanda da nümayişini təşkil etdik. İndi nə qədər maraq  olacaq, onu sonra biləcəyik. Lakin deyə bilərəm ki, Azərbaycanda 3 yaşında uşaq da, 60 yaşında insanlar da Əhməd Kaya deyəndə onun ən azı bir mahnısını bilir”.

Sahil İmanov kimdir ? Azmedia.az

Sahil İmanov 

Sahil İmanov Azərbaycanda Əhməd Kayaya olan münasibətdən də söz açdı: “Bəzən Azərbaycandan olan jurnalistlər mənə zəng edib soruşurlar ki, Sahil bəy, niyə terrorçu haqqında film çəkdiniz? Lütfən istərdim ki, bununla bağlı daha dərin araşdırma aparılsın.  Azərbaycanda Əhməd Kayanı terrorçu kimi təqdim edirlər. Bu, tamamilə yanlışdır, iftiradır. Əhməd Kayanın terrorla heç bir əlaqəsi olmayıb, o, hər zaman qardaşlığın  yaranmasının tərəfdarı olub.

Yəqin ki, bilirsiniz, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan həbsə düşəndə həmin vaxt onu qucaqlayıb, ona dəstək mesajlarını verənlərdən biri də Əhməd Kaya  olub. Yəni Türkiyə üçün Əhməd Kaya adı heç də özgə deyil”.

Tanınmışların Əhməd Kaya haqqında mövqeyini öyrənməyə çalışdıq. Azərbaycan Xalq Partiyasının lideri Pənah Hüseyn sorğumuza qısaca olaraq, bu cür cavab verdi: “Əhməd Kaya ən çox dinlədiyim türk müğənnilərindən biridir. Mənim üçün Əhməd Kaya müğənnidir”.

Siyasi  şərhçi  Azər Rəşidoğlu: “Sənətlə siyasət heç bir zaman qarışmamalıdır. Amma bir məsələ var ki, Əhməd Kaya sənətinə görə deyil, məhz siyasətinə görə tanınıb. Bəli, solçu olub, sosial ədalətsizliyə qarşı çıxıb. Amma onun terrorçunu, uşaq qatili, dinc insanları öldürən Abdulla Öcalanı təbliğ  etməsi, bütün bunlar əlbəttə ki, qıcıq, qəzəb doğurur. Peşəkar musiqiçilər də mənimlə razılaşar ki, Əhməd Kayanın böyük bir sənəti də yoxdur. İnsan mübarizliyinə aid müəyyən mahnılar oxuyub deyə tanınıb. Lakin bir daha qeyd edirəm ki, bu insan terrorçunu təbliğ edən adamdır. Terrorçunu təbliğ edən adam haqqında film çəkilməsi, təbliğ edilməsi, əlbəttə ki, təqdirəlayiq hal deyil. Bəli, Rəcəb Tayyib Ərdoğan hakimiyyətə gəldikdən sonra Əhməd Kayaya münasibət bir qədər dəyişdi. Lakin buna baxmayaraq, ona qarşı münasibət bir çox dairələrdə çox pisdir. Əhməd Kaya qadağan olunmalı deyil, kim istəsə ona qulaq asa bilər, bu, insanların seçimidir. Ancaq Əhməd Kaya deyəndə Diyarbəkrdə, Almaniyada Abdulla Öcalanını afişası, PKK bayraqları altında verdiyi konsertlər yada düşür. İndiki həssas zamanda, Türkiyə-Azərbaycan əməkdaşlığının genişləndiyi bir dövrdə onun barəsində çəkilmiş filmin Bakıda göstərilməsini düzgün hesab etmirəm, amma bunun qadağan olunmasının da tərəfdarı deyiləm. Şəxsən mən onun filminə gedib baxmayacam və etirazımı bu cür bildirəcəm”.

Həmçinin oxuyun

“Sağ olun ki, quru sərhədləri açmadınız…“ – Azər Qərib

“Bir səyahət blogeri kimi quru sərhədlərin bağlı qalması məni narahat edirdi, turizmin inkişafına zərbə kimi …