Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / “Qafqaz Lizinq”dən kompromat ötürən tanınmış iqtisadçı “EmbaFinans”dan da uzaqlaşdırıldı

“Qafqaz Lizinq”dən kompromat ötürən tanınmış iqtisadçı “EmbaFinans”dan da uzaqlaşdırıldı

Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən verilmiş lisenziya əsasında fəaliyyət göstərən “EmbaFinans” Bank Olmayan Kredit Təşkilatı İdarə Heyətinin sədri İlqar Tağıyev gözlənilmədən tutduğu vəzifədən uzaqlaşdırılıb.

Bu barədə Strateq.az-a həmin təşkilata yaxın olan mənbə məlumat verib. Qeyd edək ki,”EmbaFinans” Azərbaycanın kredit bazarında özünəməxsus yeri və payı olan təşkilatlardan sayılır. Maraqlıdır ki, İlqar Tağıyev 15 gün bundan əvvəl istefaya göndərilsə də, bu barədə mediaya heç bir məlumat verilməyib.

Bu müəmmalı istefa haqda mənbə Strateq.az-a bildirdi ki, İlqar Tağıyev heç vaxt öz xoşu ilə qurumu tərk etməzdi:

“İqtisadi dairələrdə birmənalı qarşılanmayan bu persona, indiyə qədər bir çox nüfuzlu iqtisadi qurumlarda rəhbər postlarda çalışıb. “Bank of Baku”, “Dəmir Bank” kimi nüfuzlu maliyyə qurumlarında rəhbər postlarda işləmiş Tağıyevin sonuncu iş yeri “Qafqaz Lizinq” MMC olub. Sonuncu iş yerindən uzaqlaşandan sonra, İlqar Tağıyevlə “Qafqaz Lizinq” rəhbərliyi arasında ciddi qalmaqal yaşanıb və son anda məlum olub ki, sabiq əməkdaş qurum barədə mətbuata “yağlı” məlumatlar ötürürmüş.

İlqar Tağıyevin işdən azad olunmasına səbəb kimi güyya yaxın qohumlarını “EmbaFinans”a yerləşdirilməsilə bağlı şayiələr yayılsa da, bu həqiqəti əks etdirmir. Söhbət ciddi maliyyə maxinasiyalarından gedə bilər və yəqin ki, əlaqadər qurumlar bu istiqamətdə araşdırmaya başlayacaqlar”.

Strateq.az olaraq, İlqar Tağıyevin də mövqeyini dinləməyə hazırıq.

ilqar

Həmçinin oxuyun

Bakı sakinini xəbəri olmadan vəzifəyə təyin etdilər – VİDEO

Bakının Sabunçu rayonu sakini xəbərə olmadan vəzifəyə təyin olunub. Şikayətçi İldırım Hüseynov bildirib ki, e-sosial.az …

Bir cavab yazın