Bazar ertəsi , May 23 2022
Ana səhifə / Cəmiyyət / “Qadınların mütləq əksəriyyəti güclü kişi axtarır ki, ona itaət etsin”

“Qadınların mütləq əksəriyyəti güclü kişi axtarır ki, ona itaət etsin”

“Düz 150 il bundan əvvəl 1872-ci ildə “feminizm” termini icad edilib. Bu gün qeyd edilən Qadınlar günü mənşəcə feminizmin tərkib hissəsidir. Lakin reallıqda qadınların mütləq əksəriyyəti üçün hazırda 8 mart antifeministik bayramdır. Çünki 8 martda qadınlar bərabərliyə və güclülüyə deyil, əksinə, itaətkarlığa və zəifliyə iddialıdırlar”.

Bunu ekspert Əkrəm Həsənov bildirib.

Ə.Həsənovun sözlərinə görə, reallıq da ondan ibarətdir ki, ötən 150 il ərzində “qadın haqları” uğrunda nə qədər “mübarizə” getsə də (əslində, bu “mübarizə”yə də kişilər rəhbərlik edir), qadınların bərabərçilik iddiası utopiya olaraq da qalıb: “Hanı kişilərə bərabər ola bilən alimlər, incəsənət xadimləri, idmançılar və s.? Yoxdur! Feminizm siyasi-hüquqi cərəyan kimi yaransa da, qadınlar arasında heç humanitar sahədə belə (dəqiq elmləri tam kənara qoyuram!) bir möhtəşəm mütəfəkkir (filosof, hüquqşünas, iqtisadçı və.) ortaya çıxmadı. Nə mane odu ki? Allahın (və ya bəzilərininin iddiasına görə təbiətin) verdiyi fitrət! Ondan kənara çıxmaq mümkün deyil. Qadınlar əksər hallarda nə istədiklərini dəqiq bilmir. Çox şey danışa bilərlər. O cümlədən azadlıq, sərbəstlik və s. haqda. Amma reallıqda mütləq əksəriyyəti güclü kişi axtarır ki, ona itaət etsin! Bu gün Azərbaycanda boşanmaların sayı da məhz ona görə artır ki, kişilərimizin əksəriyyəti təbliğata uyaraq bunu başa düşmür və zəiflik göstərirlər. Qadınlar isə zəifləri sevmir! Biz isə əksinə, qadınları zəif və zərif olduqları üçün sevirik. Onlar bizim anamız, bacımız, qızımız, həyat yoldaşımız, geniş mənada sevincimiz və dəstəyimizdir. Hərə öz yerini bilib rolunu və vəzifələrini düzgün icra etsə, haqlarından da tam istifadə edə biləcək. Bu halda hər gün bayram olacaq. Hər iki cins üçün!”

Həmçinin oxuyun

Gürcüstanın din xadimləri Şuşada səfərdədirlər

Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşkilatçılığı və SOCAR-ın Gürcüstan Nümayəndəliyinin dəstəyi ilə ölkəmizdə səfərdə olan Gürcüstanın din …