Şənbə , May 25 2019
Ana səhifə / Cəmiyyət / “Qadınlar botoks etdirməkdənsə, kəllə-paça yesinlər” – Məşhur dietoloqun tövsiyəsi

“Qadınlar botoks etdirməkdənsə, kəllə-paça yesinlər” – Məşhur dietoloqun tövsiyəsi

Türkiyəli professordan ilginc məsləhətlər, sağlam həyat formulu

Türkiyənin daxili xəstəliklər və kardiologiya üzrə mütəxəssisi professor Canan Karatay bildirib ki, indi qadınlar gözəllik üçün üzlərinə botoks etdirsələr də, ən gözəl kollajen ve botoks kəllə-paçada var.

Musavat.com Türkiyə mətbuatına istinadən xəbər verir ki, Karatay eyni zamanda şəkər, un, duz və yağların insan sağlamlığına birbaşa, neqativ şəkildə təsir göstərdiyini deyib. Bu cür qidaların qandakı insulin və trigliserit miqdarının artmasına və bütün xəstəliklərin kökündə hücrəsəl səviyyədə pozğunluqların başlamasına səbəb olduğunu vurğulayan Karatay eyni zamanda aşağıdakıları da yada salıb: “Bunları yemədiyimiz zaman şəkər və insulinimiz yüksəlməz. Şəkərli içkilər, bal, bəhməz də daxil olmaqla, bunlar insulinin səviyyəsini artırır. İnsulinin səviyyəsini artıranda 3-12 yaşından etibarən bədəndə xəstəliklər, metabolik pozuntular başlayır. Çünki insulinin səviyyəsi artdığı anda bədəndəki hormonal balans da alt-üst olur, hormonal göstəricilər aşağı enir. Tiroit, seks, stres hormonlara təsir göstərir, nəticədə qısır xəstəsi kimi oluruq. İnsulin hormonu yüksək olduğu zaman stress və təzyiqi artırır”.

Karatay Ümumdünya Səhiyyə Təşkilatının rəqəmlərinə görə, son 25 il içində obezite (şişmanlıq), xərçəng, iflic, infarkt kimi xəstəliklərin gedərək yayılmasına diqqət çəkib. Bu cür narahatlıqların genetik olaraq ortaya çıxan xəstəliklər olmadığını deyən Karatay aşağıdakı şərhi verib: “Dünyada infarkt, iflic, xərçəng və obezite geniş yayılır. Bunu epidemiya da adlandırmaq mümkündür. Epidemik heç bir xəstəlik genetik ola bilməz. Ona görə də əgər anada döş xərçəngi, alzheymir, şəkər xəstəliyi varsa, bu, onun övladında da olacaq deyə bir qayda yoxdur. Bunların hamısının sağlam həyat, sağlam və təbii qidalanma sayəsində qarşısı alına bilər. İnsanlarımızı ümidsizliyə sürükləməyəcək, hər şeyin sağlam olanını yeyəcəyik. Bunu düzəltmək həkimlərin və ya mənim əlimdə deyil, sizin öz əlinizdədir”.

Karatay eyni zamanda deyib ki, sağlam həyat tərzi üçün marqarin yağı yerinə, kərə yağı, zeytun yağı və balıq yağından istifadə məqsədəuyğundur. Onun dediyinə görə, qırmızı ət yağı ilə birlikdə yeyiləndə orqanizmə daha faydalıdır. O, ət yeməkləri arasında xüsusən kəllə-paçanın sağlamlıq baxımdan böyük faydaları olduğunu dedi. Karatay belə davam etdi: “Yağlı balıqlar, kənd toyuğu yumurtası, tam yağlı qaya duzlu pendir, tam yağlı qatıqdan istifadə edilməlidir. Karbonhidratlar da təbii olacaq, fabrikdən çıxmış olmayacaq. O halda təbiətin bizə bəxş etdiyi ən sağlam qida kəllə-paçadır, çünki onun içində hər şey var. Bunu bol-bol yeyəcəyik, gənclər və uşaqlar təəssüf ki, bunun nə olduğunu bilmirlər. Çünki analar bunu zamanında uşaqlarına vermədi, bundan dadızdırmadı. Əksinə, bunu yemək növü olaraq aşağı gördülər. Sümük ağrılarıa, əzələ ağrılarına yaxşı təsir edir, immunitet sistemini gücləndirir. Ən güclü kollajendir. İndi xanımlar gözəllik üçün botoks etdirirlər. Amma ən gözəl kollajen və botoks kəllə paçada var”.

Probiotik tərkibi baxımdan mövsümündə turp və kökdən istifadə edilməsinin sağlamlıq baxımdan faydalı olduğunu və ömrü uzatdığını deyən Karatay təbii qidaların insanı daha çox tox tutduğunu bildirdi. Karatay bunları vurğuladı: “Fıstıq yesəniz, çox gözəl olarsınız, uzun və sağlam yaşayarsınız. Təbii ki, fıstığı da qovurub yeyəcəksiniz. Fındıq, fıstıq həm qanı artırır, həm də insanı isidir. Çünki onlar təbiətin təbii mineralı, vitamini, karbonhidratı, omeqa 3 və omeqa 6 yağ bazası olaraq qəbul edilir”.

Həmçinin oxuyun

Ötən il Azərbaycandan Gürcüstana 1,81 milyon turist gedib

Ötən il Gürcüstana ən çox turist 1,81 milyon nəfər olmaqla Azərbaycandan səfər edib. “Report”un yerli …