Şənbə , Dekabr 5 2020
Ana səhifə / Araşdırma / Qadın Avropa çempionunu Qaxda zorlayan  iş adamı kimdir? – Şok məhkəmə olayı

Qadın Avropa çempionunu Qaxda zorlayan  iş adamı kimdir? – Şok məhkəmə olayı

Bu günlərdə “Gömrükçü” idman klubundan olan peşəkar idmançı, sərbəst güləş üzrə Avropa çempionu Xeyransa Məmmədova (ad və soyad şərtidir ) şok iddialar irəli sürüb.

Azinforum.az bəzi xəbər saytlarında (http://www.tezadlar.az/ustm/4943-klubun-sponsoru-avropa-empionunu-zorlayb-vdeo.html, http://pia.az/m/news.php?id=77480#.VR5wqNysWfU) yayımlanan məlumatlara istinadən xəbər verir ki, xanım idmançı 2013-cü ilin may ayında “Qarabağ Broyler” şirkətinin rəhbəri, sahibkar Nəriman Əliyevin onu zorladığını iddia edib:

“2013-cü ildə Zaqatalada bizim komanda Almaniyada olacaq yarışa hazırlaşırdı. Bizim sponsor Nəriman Əliyev idi. Yüksək nəticə göstərsəm də, məni Almaniyaya göndərmək istəmədilər. Nəriman Əliyev öz köməyini mənə təklif elədi. O, təklif elədi ki, böyük adamların biri ilə səni görüşdürəcəm və o, sənə kömək edəcək. Həmin “böyük adam”la görüş Nəriman Əliyevin Qaxdakı ofisində olmalı idi. Mən razılaşdım, görüşə rəfiqəmlə getdim. Nəriman bizi ofisin qapısında qarşıladı və rəfiqəmə küçədə gözləməyi bildirdi. Dedi ki, görüş bir neçə dəqiqə çəkəcək. Mən də ona inandım. Ancaq mən Nərimanın kabinetinə girəndən sonra, o, mənim üstümə atıldı…”.

Həmin zorlama olayından sonra Xeyransa Məmmədova ana olub, onun Rudin adında oğlu olub: “Mən, çox şəraitsiz yerdə anam və oğlumla yaşayıram. Ailədə ancaq mən işləyirəm. Ona görə də Nəriman Əliyevə oğlu barədə məlumat verdim və xahiş elədim ki, kömək etsin. Ancaq o, imtina elədi. Belə olanda Pirallahı rayon Məhkəməsinə müraciət etdim. İddia qaldırdım ki, Nəriman Əliyev oğlumun atası kimi tanınsın və o, aliment ödəsin. Məhkəmə Nərimanın oğlumun atası olduğunu sübut eləmək üçün DNT analizi barədə qərar çıxardı. Mən razılaşdım. Ancaq məlum oldu ki, analiz üçün 2 min manat ödəməliyəm. Mənim isə buna imkanım yoxdur”.

İddia ərizəsində Nəriman Əliyev tərəfindən zorlandığını qeyd etmədiyini deyən idmançı bunun səbəbini belə izah edib: “Vəkilim Ümman Salehzadə dedi ki, lazım deyil”.

Onu da qeyd edək ki, bu olayla bağlı vəkil Ümman Salehzadə də danışıb. O, bildirib ki, iddia əzrizəsində Xeyransa Məmmədovanın sözləri ilə yazılıb ki, Nəriman Əliyev onu aldadıb və razılığı olmadan onunla cinsi əlaqədə olub”.

Sayt isə Xeyransa Məmmədovadan iddia ərizəsinin surətini alıb. Aydın olub ki, ərizədə iddia tələbi Nəriman Əliyev övladının atası kimi tanınması və idmançıya hər ay 500 manat aliment verilməsindən bəhs edir. Lakin iddia ərizəsində Nəriman Əliyevin Xeyransa Məmmədovanı aldatması ,onun razılığı olmadan cinsi əlaqəyə girməsi haqda bir söz belə yoxdur. Ümman Salehzadə tərəfindən yazılmış iddia ərizəsində qeyd olunub ki, 2013-cü ilin mayından Xeyransa Məmmədova Nəriman Əliyevlə qeyri-rəsmi nikahda olub.

Onu da qeyd edək ki, Xeyransa Məmmədova milli yığmamızın tərkibində Azərbaycanda keçiriləcək Avropa oyunlarında iştirak etməyə hazırlaşır.

 image here

Həmçinin oxuyun

Qarabağ qazisinin bu videosu hər kəsi kövrəltdi (VİDEO)

Birinci Qarabağ müharibəsinin iştirakçısı Qəmbərov Rauf Rəfi oğlunun Qarabağın işğaldan azad olunması ilə bağlı hərbi …

Bir cavab yazın