Şənbə , Fevral 27 2021
Ana səhifə / Cəmiyyət / Qadağan edilən narkotik və psixotrop maddələrin siyahısı genişləndirilir

Qadağan edilən narkotik və psixotrop maddələrin siyahısı genişləndirilir

Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr və psixotrop maddələrin siyahısı genişləndirilib.

Bununla bağlı Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirə olunan “Azərbaycan Respublikası ərazisində dövriyyəsi qadağan edilmiş, məhdudlaşdırılmış və nəzarət edilən narkotik vasitələrin, psixotrop maddələrin, habelə Azərbaycan Respublikası ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya tələb olunan prekursorların siyahıları”nda dəyişiklik edilməsi haqqında qanun layihəsində qeyd olunub.

Qanun layihəsinə əsasən, daha 53 narkotik vasitə və 27 psixotrop maddə həmin siyahıya əlavə edilib.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq qəbul edilib.

Həmçinin oxuyun

Əfv komissiyası bu gün 100-dən artıq müraciətə baxıb

Bu gün Azərbaycan Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib. Trend-in məlumatına görə, iclasda əfvlə …