Ana səhifə / Cəmiyyət / Qabil Hüseynlinin oğlu növbəti beynəlxalq uğura imza atdı

Qabil Hüseynlinin oğlu növbəti beynəlxalq uğura imza atdı

 

Prezident təqaüdçüsü, nüfuzlu Beynəlxalq müsabiqələrin laureatı, Köln Ali Musiqi Akademiyasının məzunu pianoçu Toğrul Hüseynli 11-16 iyul tarixində İspaniyanın Granada şəhərində keçirilən Pianoçuların 7- ci Beynəlxalq müsabiqəsində böyük uğur qazanaraq 2 – ci dərəcəli mükafata layiq görülüb. Müsabiqənin 1- ci dərəcəli laureatı rusiyalı məşhur pianoçu, nüfuzlu beynəlxalq müsabiqələrin qalibi 35 yaşlı Evgeniy Stradubtsev, 3 cü dərəcəli laureatı isə P.İ.Çaykovski adına müsabiqənin laureatı 35 yaşlı Fyodor Amirov idi. Müsabiqəyə Azərbaycan, Rusiya, Çin, Korea, Amerika, İngiltərə, İspaniya, Fransa, İtaliya və başqa ölkələrdən iştirakçılar qatılıb. Münsiflər heyəti isə İspaniya, Fransa, Rusiya, Braziliya, Maltanın görkəmli musiqiçilərindən təşkil olunub. 23 yaşlı gənc pianoçumuzun belə mötəbər müsabiqədə yaşca özündən qat-qat böyük musiqiçilərlə mübarizə apararaq əldə etdiyi nailiyyət Azərbaycan fortepiano məktəbinin böyük uğurudur.Toğrul Hüseynli bu uğurunda öz müəllimlərinə, onu yetişməsində zəhməti olan bütün insanlara, xüsusilə də gənc musiqiçilərin yaradıcılıqlarına daima dəstək olan Bakı Musiqi Akademiyasının rektoru, xalq artisti, prof. Fərhad Bədəlbəyli cənablarına sonsuz təşəkkürlərini bildirir. Onu da qeyd edək ki, Toğrul Hüseynli təhsil aldığı Köln Ali Musiqi Akademiyasını bu ilin iyun ayında bütün fənlər üzrə ən yüksək nəticə olan 1.0 – la tamamlamış və Avstriyanın Salzburq şəhərindəki Motsarteum Universitetinin Aspirantura pilləsinə daxil olub.

Azinforum.az bildirir ki, istedadlı gənc pianoçu sabiq dövlət müşaviri Qabil Hüseynlinin oğludur.

Azinforum.az

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın