Cümə axşamı , Sentyabr 24 2020
Ana səhifə / Cəmiyyət / Qəzaya düşən “MiQ-29″un yeni hissələri tapıldı – FOTO

Qəzaya düşən “MiQ-29″un yeni hissələri tapıldı – FOTO

Türkiyənin Milli Müdafiə Nazirliyi Azərbaycan Hərbi Hava Qüvvələrinin (HHQ) təlim-məşq uçuşu zamanı qəzaya uğramış “MiQ – 29” təyyarəsinin yeni tapılmış fraqmentlərinin görüntüsünü yayıb.

Bu barədə nazirliyin “Twitter” səhifəsində məlumat verilib. Bildirilib ki, pilotun və təyyarənin “qara qutu”sunun axtarışları davam etdirlir. 

T.C. Millî Savunma Bakanlığı@tcsavunma

Deniz Kuvvetleri Komutanlığı SAK Timi tarafından, Hazar Denizine düşen Azerbaycan Hava Kuvvetlerine ait savaş uçağının enkazına ilişkin parçalar çıkartılmakta, hava şartlarına bağlı olarak pilot naaşı ve karakutunun aranmasına devam edilmektedir.#MSB #TSK

View image on Twitter

47910:24 AM – Aug 16, 2019Twitter Ads info and privacy50 people are talking about this

Xatırladaq ki, iyulun 24-də saat 22.00 radələrində plana uyğun olaraq gecə vaxtı təlim-məşq uçuşları keçirən Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsi ilə qəflətən rabitə əlaqəsi kəsilib və aviasiya vasitəsi radarlardan itib. Təyyarə Xəzər dənizinə düşüb. Qəza nəticəsində təyyarənin pilotu, polkovnik-leytenant Rəşad Atakişiyev itkin düşüb. 

MiQ-29 təyyarəsinin Xəzər dənizinə düşdüyü ərazi avqustun 8-i axşam saatlarında müəyyən edilib. Aidiyyəti dövlət qurumları və xidmətləri nümayəndələrinin, eləcə də axtarışlara cəlb edilən türkiyəli mütəxəssislərin iştirakı ilə görülən təxirəsalınmaz tədbirlər nəticəsində təyyarənin bəzi fraqmentləri hissə-hissə sudan çıxarılıb. Azvision.az 

Həmçinin oxuyun

Vurğun Əyyubsuz bir il…

Bu gün – sentyabrın 24-ü Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (indiki Dövlət İmtahan Mərkəzi) ilk …