Bazar ertəsi , İyun 17 2019
Ana səhifə / Cəmiyyət / Qəza törədən sürücü jurnalitlərə hücum etdi – Video

Qəza törədən sürücü jurnalitlərə hücum etdi – Video

Bakıda qəza törədən evakuator sürücüsü ”Xəzər Xəbər”in çəkiliş qrupuna hücum edib.

”166” evakuator xidmətinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı əzilmiş avtomobilinin çəkilməsinə etiraz olaraq hadisə yerində öz işini görən müxbir və operatora fiziki təzyiq göstərib. O, hətta kameraya yumruqla zərbə vuraraq nalayiq ifadələr işlədib.

Görüntülər günorta saatlarında paytaxtın Zığ yolunda baş vermiş qəza yerində çəkilib. İnqilab İsmayılov küçəsindən Zığ yoluna çıxan ”104” saylı sərnişin avtobusu bir qədər getdikdən sonra arxadan gələn ”166” evakuator ona çırpılıb.

Qəza zamanı avtobus yoldan çıxaraq beton maneələrə dəyib. Nəticədə avtobusda olan sərnişinlərdən üç qadın xəsarət alıb. Ətrafda olan insanların köməyi ilə onlar avtobusdan çıxarılaraq hadisə yerinə gələn təcili yardım avtomobili ilə 3 saylı və Neyrocərrahiyyə xəstəxanalarına aparılıblar.

Xəstəxanadan verilən məlumata görə, marşrut avtobusunun qəzaya uğraması nəticəsində xəsarət alan Sülahət Məmmədova və Könül Həsənova qapalı kəllə-beyin travması ilə 3 saylı şəhər kliniki xəstəxanasına yerləşdirilib. Onlardan Könül Həsənovanın vəziyyəti ağır qiymətləndirilir. Hadisə nəticəsində xəsarət alan digər qadın- Aysel Zeynalova Neyrocərrahiyyə Xəstəxanasına yerləşdirilib və hazırda onun vəziyyəti normaldır.

Avtobsusun sürücüsü iddia edir ki, qəzaya evakuatorun sürücüsü səbəb olub.

Hadisə yerinə Xətai rayon Dövlət Yol Polisi şöbəsinin əməkdaşları da gəliblər.

Qəzaya uğrayan ”166” evakuator xidmətinin sürücüsündən qəzanın necə baş verməsini öyrənmək istəyimiz isə mümkün olmadı.

Faktla bağlı Xətai rayon Polis İdarəsində araşdırma aparılır. Qəzanın dəqiq səbəbi təyin edilmiş avtoekspertizanın nəticəsindən sonra məlum olacaq.

Həmçinin oxuyun

“İkimizin də dədəmiz eyni ağıldadı…” – Kəramət Böyükçöl

“Atam hirslənib status yazmışdı ki, oğlum Kəramətdən imtina edirəm, onu tabutuma yaxın buraxmayın. Həmin günün …