Bazar ertəsi , Yanvar 18 2021
Ana səhifə / Cəmiyyət / Qərbin “məsləhətlər” verməyə haqqı yoxdur – Şöbə müdiri

Qərbin “məsləhətlər” verməyə haqqı yoxdur – Şöbə müdiri

Ermənistan 90-cı illərdə sadəcə olaraq Qarabağı işğal edib təbii sərvətlərimizi talamadı və vətəndaşlarımızı canından etmədi, eləcə də tarixi və dini abidələrimizi dağıtmaqla bizə mənən zərər verdi.

Bunu AMEA-nın Elm Tarixi İnstitutunun Elm tarixinin nəzəri və metodoloji problemləri şöbəsinin müdiri Bayram Quliyev deyib.

Onun sözlərinə görə, ermənilərin bu vəhşiliyi bir neçə formada özünü göstərir. Onlar albanlara məxsus olan dini abidələrə erməni elementləri əlavə edərək onları özününküləşdirməyə çalışıblar. Tarixi abidələri tamamən dağıdaraq yox ediblər, dini abidələri ya dağıdıb və ya içərisində başda donuz olmaqla müxtəlif heyvanları saxlayaraq onları təhqir ediblər. Bundan başqa, abidə sayılmaycaq, lakin bizim üçün mənəvi əhəmiyyəti olan qəbirlərimizi də təhqir etməkdən çəkinməmişlər. Onlar qəbirləri dağıtmış, ölülərin sümüklərini çıxararaq onları təhqir etmişlər.

B.Quliyev qeyd edib ki, Prezident İlham Əliyev dini və tarixi abidələrimizin dağıdılıb təhqir olunmasına səssiz qalan beynəlxalq təşkilatları qınamışdır:

“Heç şübhəsiz ki, Azərbaycana məxsus abidələr dağıdılarkən susan Qərb ölkələrinin “ağıllı” diplomatlarının Azərbaycana xristian abidələrinin qorunması haqqında “məsləhətlər” verməyə haqları yoxdur. Tarixi abidələrin dağıdılmasına susqunluq nümayiş etdirən Qərbin bu hərəkəti normaldır. Məsələn, İraqda və Suriyada keçirilən hərbi əməliyyatlar zamanı Şumer və Aşşur dövrünə dair tarixi abidələr yer üzündən silindi və buna da dünya susdu, çünki bura Şərqdir”.

Alim bildirib ki, XVIII-XIX əsrlərdə Misirdə ekspedisiya adı ilə ingiltərəli və fransalı “alimlər” antik mədəniyyət nümunələrini ya dağıtdılar, ya da müxtəlif ölkələrin varlı insanlarına satdılar. Ümumiyyətlə, düşünürəm ki, Şərq mədəniyyətinin məhvi Qərb üçün əsas prinsipial məsələlərdən biridir. Lakin Qərb mədəniyyəti Şərq ənənələrinin özəyi üzərində inkişaf etmişdir. Bu faktı yaddaşlardan silməyin əsas yolu Şərq mədəniyyətini yox etməkdir.

Onun sözlərinə görə, guya obyektivlik və ya mədəniyyətə sayğılı kimi davranan Qərb ölkələri Türk və İslam mədəniyyətlərinin dağıdılmasında barbarlıq nümayiş etdirməkdən və ya barbarlığa göz yummaqdan çəkinmir. Bu səbəbdəndir ki, YUNESKO bu baş verənlərə qarşı kar, kor və laldır. (Trend)

Həmçinin oxuyun

“Orda oturublar ki, ciblərini doldursunlar” – Kamran Həsənli

“Bütün bunlara səbəb isə kanal rəhbərlərinin özlərinin peşəkar olmamasıdır. Onların heç biri peşəkar deyil və …