Bazar ertəsi , May 23 2022
Ana səhifə / Cəmiyyət / “Qələt edirlər, qeyrətləri varsa…” – Müşviq Abbasovdan tənqidlərə cavab

“Qələt edirlər, qeyrətləri varsa…” – Müşviq Abbasovdan tənqidlərə cavab

Rusiyanın Soçi şəhərində keçirilən KVN komandalarının 33-cü Beynəlxalq Festivalında (“KiViN-2022”) Azərbaycanı təmsil edən “Şuşa” komandasının rəhbəri, ssenarist və prodüser Müşviq Abbasov komandanın adının “Buta” ilə dəyişdirilməsi barədə yazılan tənqidlərə münasibət bildirib.

Müşviq Abbasov Ölkə.Az-a açıqlamasında komandamızı tənqid edənlərə çağırış edib:

“Hamısı qələt edirlər, başlarını daşa döyürlər. Qeyrətləri, namusları, bircə qram vətənpərvərlik hissləri varsa, bütün bu neqativ yazanların, müsahibə verənlərin şəxsiyyətli, şəxsiyyətsiz olanların namuslu, namussuz olanların fərqi yoxdur, hamısına çağırış edirəm. İnşallah, mart ayında 1/8 finalda Sankt-Peterburq şəhərində bizim birinci oyunumuz “Şuşa” adı ilə olacaq. Yenə də deyirəm, əgər onların şəxsiyyətləri varsa, oyunumuza bilet alıb gəlsinlər, dəstəkləsinlər, bizi alqışlasınlar və şahid olsunlar ki, aparıcı bizi necə təqdim edəcək”.

Həmçinin oxuyun

Gürcüstanın din xadimləri Şuşada səfərdədirlər

Azərbaycanın Gürcüstandakı Səfirliyinin təşkilatçılığı və SOCAR-ın Gürcüstan Nümayəndəliyinin dəstəyi ilə ölkəmizdə səfərdə olan Gürcüstanın din …