Bazar ertəsi , Avqust 26 2019
Ana səhifə / Cəmiyyət / Qəhrəman təyyarəçi Hüseynbala Əliyevin anım günüdür

Qəhrəman təyyarəçi Hüseynbala Əliyevin anım günüdür

Böyük Vətən Müharibəsində (BVM) şücaət göstərmiş azərbaycanlı döyüşçü-təyyarəçi Hüseynbala Əliyevin anım günüdür.

Hüseynbala  Balaəli oğlu  Əliyev 1918-ci ildə Bakının Pirşağa qəsəbəsində doğulub. Bakıdakı  39 nömrəli ibtidai məktəbdə oxuyub. Sonra “Qırmızı dəmirçi” fabrik-zavod məktəbində təhsil alıb və Bakı təyyarə klubunda uçuşun ilk elementlərinə yiyələnib.

1940-cı ildə Hərbi məktəbini bitirib.

BVM başlayanda Tallində, sonra isə Leninqradda xidmət edib.

Leytenant Hüseynbala Əliyev qırıcı təyyarəsində 49 döyüş uçuşu keçirib. 1941-ci il iyulun 18-də düşmənin üç  “Yunkers-88” təyyarəsi ilə döyüşə girib və ölümcül yaralanıb. Kabinədə partlayan düşmən mərmisindən 30-qədər qəlpə yarası alıb. Buna baxmayaraq təyyarələrdən 2-sini vura bilib. Öz təyyarəsini salamat yerə endirsə də, təyyarəsinin kabinəsində partlayan mərmidən aldığı çoxsaylı yaradan həlak olub.

Qəhrəman H.Əliyev ölümündən sonra “Lenin ordeni” ilə təltif edilib.

Rusiya və Azərbaycan ədəbi nümunələrində onun şücaəti ilə bağlı yazılar var. Məmməd Rahimin “Leninqrad göylərində” poeması ona həsr olunub, həmçinin haqqında film çəkilib, adına küçə salınıb.

Həmçinin oxuyun

Krım sözünün yaranması və Krım türklərinin tarixçəsi

Tarix boyu Krım müxtəlif xalqlar tərəfindən idarə edilib. Kimmerlər bu yarımadada e.ə. VII əsrdə məskən …