Çərşənbə , May 25 2022
Ana səhifə / Cəmiyyət / Qədr gecələri nə vaxtdır? – QMİ-dən açıqlama

Qədr gecələri nə vaxtdır? – QMİ-dən açıqlama

Ramazan ayının Qədr (Əhya) gecələrinin vaxtı açıqlanıb.

Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Ramazan ayının gündəlik duaları, imsak-iftar vaxtlarını əks etdirən xüsusi təqvimində yer alıb.

Təqvimə əsasən, ilk Qədr gecəsi Ramazan ayının 18-dən 19-na keçən gecə, yəni aprelin 19-a təsadüf edib.

Aprelin 21-i ikinci (Ramazan ayının 20-dən 21-nə keçən gecə), 23-ü üçüncü (Ramazan ayının 22-dən 23-nə keçən gecə) və 27-də isə sonuncu – dördüncü (Ramazan ayının 26-dan 27-nə keçən gecə) Qədr gecəsi olacaq.

Qeyd edək ki, Ramazan ayı Azərbaycanda aprelin 2-də başlayıb. Şəvval ayının 1-i, yəni mayın 2-də Ramazan (Fitr) bayramı olacaq.

Həmçinin oxuyun

Elza Seyidcahanla jurnalist arasında GƏRGİNLİK: – “Oğlun pulu ödəyirsə, camaatdan niyə yığırsan?”

Əməkdar artist Elza Seyidcahanla jurnalist Zülfiyyə Qurbanova arasında gərgin anlar yaşanıb.AZİNFORUM.AZ Oxu.Az-a istinadla xəbər verir …