Cümə , Oktyabr 23 2020
Ana səhifə / Cəmiyyət / “Putinin limuzini” kimi tanınan “Aurus Senat” Azərbaycana necə gəlib çıxıb?!…

“Putinin limuzini” kimi tanınan “Aurus Senat” Azərbaycana necə gəlib çıxıb?!…

Rusiyanın yüksək vəzifəli şəxslər üçün istehsal edilən “Aurus Senat” limuzinin nümunələrindən biri Bakı küçələrində görünüb.

Avtomobilin fotosu  carsinbaku_official İnstagram səhifəsində yerləşdirilib, həmin fotoya bir çox Rusiya saytları diqqət yetiriblər.

Fotoya əsasən “Aurus Senat” Azərbaycan dövlət nömrə nişanı (90 MC 002) daşıyır. Rusiya saytları qeyd edirlər ki, avtomobilin Azərbaycana necə gedib çıxdığı məlum deyil, çünki “Aurus Senat”ı fərdi müştərilərə hələ satmırlar və ancaq gələn il sifarişlər qəbul olunacaq.

avtonovostidnya.ru portalı ehtimal edir ki, ola bilsin avtomobil Rusiyanın Bakıdakı səfirliyinə məxsusdur. Digər mümkün variant isə avtomobilin qızmar iqlim və dağlıq ərazilərdə sınaqdan keçirilmək üçün Azərbaycana göndərilməsidir.

“Aurus” MMC şirkətinin rəhbəri Adil Şirinov bildirib ki, “Aurus Senat” modelinin seriya istehsalını ancaq 2020-ci ilin noyabrında başlamaq planlaşdırılır. Avtomobil “Ford Sollers” birgə müəssisəsinin Tatarıstanın Yelabuqa şəhərində yerləşən zavodunda yığılacaq.

“Bu il ərzində biz pilot partiyanın yığımını planlaşdırırıq-noyabrın sonlarında ilk kuzovu qaynaq edəcəyik. Və 2021-ci ilin mayında ilk sifarişləri təhvil verəcəyik”,-Adil Şirinov “Kommersant”a bir müddət əvvəl verdiyi açıqlamada bildirib. Avtomobilin kuzovu, mühərriki və transmissiyası Rusiyanın öz istehsalıdır, hərçənd avtomobilin yığılmasında xarici detallardan da istifadə olunur.

Qeyd edək ki, “Aurus” Rusiyada hakimiyyətin yüksək vəzifəli şəxsləri üçün nəzərdə tutulmuş modeldir və “Putinin limuzini” kimi tanınır.  Artıq Rusiya prezidenti vahid nümunədə yığılmış zirehli  “Aurus Senat Limousine” xidməti avtomobilindən istifadə edir. Virtualaz.org

Həmçinin oxuyun

İşğaldan azad edilən Mincivan qəsəbəsinin əsrarəngiz görüntüləri… – FOTOLAR

Dünən işğaldan azad edildiyi açıqlanan Zəngilan rayonunun Mincivan qəsəbəsinin fotolarını təqdim edirik.Xatırladaq ki, Mincivan qəsəbəsi …