Cümə , Aprel 19 2024
Ana səhifə / Cəmiyyət / Putin Leyla Əliyevanı mükafatlandırdı

Putin Leyla Əliyevanı mükafatlandırdı

Rusiya prezidenti Vladimir Putin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanı mükafatlandırıb.

“ Azinforum.az ” haqqın.az-a istinadən xəbər verir ki, Putinin bu günlərdə “Xarici vətəndaşların Rusiya Federasiyasının dövlət mükafatları ilə təltif edilməsinə dair” imzaladığı sərəncamda Leyla Əliyevanın da adı çəkilir. O, “Rusiya Federasiyası ilə dostluğun və əməkdaşlığın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin inkişafı, xaricdə rus dilinin və mədəniyyətinin qorunması və təbliğatındakı töhfələrinə görə” Puşkin medalına layiq görülüb.

Qeyd edək ki, Leyla Əliyeva Heydər Əliyev Fondunun dəstəyi ilə, xüsusilə  Rusiyanın Həştərxan vilayətində böyük layihələr həyata keçirib. Orta məktəbin əsaslı təmiri, knyaz Vladimirin abidəsinin açılışı, habelə yeni uşaq bağçasının istifadəyə verilməsi də bu layihələrin bir hissəsidir.

Putin Leyla Əliyevanı mükafatlandırdı
Putin Leyla Əliyevanı mükafatlandırdı

 

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın