Ana səhifə / Cəmiyyət / Psixoloq: “Fövqəladə Hallar Nazirliyində bir xanım vardı, statuslarını görəndə şok olurdum…”

Psixoloq: “Fövqəladə Hallar Nazirliyində bir xanım vardı, statuslarını görəndə şok olurdum…”

“İnsanların əksər hissəsi özündən xəbərsizdir. Özlərini təhlil etmirlər, özləri ilə qarşılaşmaq istəmirlər. Elə bilirlər ki, problemlərin səbəbləri başqa insanlardır, tanrıdır…Düşünürlər ki, hamıdan dürüstdürlər, təmizdirlər, qeyrətlidirlər”.

Bunu psixoloq Nizami Orucov bildirib.

“Fövqəladə Hallar Nazirliyində işləyəndə bir xanım vardı, mənfi niyyətli idi. İnsanların pis gününə sevinərdi, kiminsə ailəsi dağılanda sevinmək azmış kimi, prosesdə iştirak etməyə çalışan biri idi. Onun sosial şəbəkədəki statuslarını görəndə şok olurdum. Təxminən, belə deyimlər paylaşırdı: Allah hər kəsin ürəyinə görə versin. Ona heç vaxt demədim ki, Allah sənin ürəyinə görə versə, Sumqayıtda təyyarə partlayası olsa, təkəri Bakıda sənin belini qırmalıdır. İnsan həyatında tez-tez “stop”lamalıdır, güzgünün qarşısına keçməli, özünə baxmalı, sorğu-sual etməlidir: kiməm, nə dərəcədə cəsarətliyəm, həqiqətənmi yaxşıyam? Dilənçiyə 20 qəpik verib, özünü Hacı Zeynalabidin Tağıyev kimi aparmaqla deyil ki… Həqiqətənmi xeyirxah insansan? Belə suallarla qarşılaşmalı, düzəlişlər etməlidir”, – psixoloq qeyd edib.

Həmçinin oxuyun

Elgiz Əkbər: “Şəfiqə Nağıyeva verilişimdə ekspert kimi iştirak etmir”

Aparıcı Elgiz Əkbər verilişini tərk edən vəkil Şəfiqə Nağıyeva haqqında ilk dəfə danışıb. Aparıcı tamaşaçıların …