Cümə axşamı , Yanvar 28 2021
Ana səhifə / Cəmiyyət / Psixoloq Elnur Rüstəmov canlı yayımda intiharlardan danışdı – VİDEO, FOTOLAR

Psixoloq Elnur Rüstəmov canlı yayımda intiharlardan danışdı – VİDEO, FOTOLAR

İnsanların psixoloji problemləri və çətinliklərlə mübarizə – ekspert çıxış yollarını göstərir

Bu gün “Yeni Müsavat” qəzetinin Facebook üzərindən gerçəkləşdirdiyi canlı yayım müsahibi tanınmış psixoloq Elnur Rüstəmov idi.  İlin əvvəlində iki gəncin intihar etməsi ilə cəmiyyətdə ciddi müzakirə mövzusuna çevrilən intihar halları, eləcə də Azərbaycan insanının yaşadığı çətin psixoloji hallara ekspertlə müsahibə zamanı aydınlıq gətirildi. Daha çox izləyicilərimizin suallarının cavablandırıldığı verilişdə E.Rüstəmov onların problemləri ilə bağlı həll yollarına toxundu.

Canlı yayım zamanı qonağımızla həmçinin aşağıdakı mövzulara da toxunduq:

– Gənclər niyə intihar edir?

– İnsanları intihardan çəkindirmək üçün hansı vasitələr mümkündür?

– İntihara hazırlaşan şəxsi necə tanımaq olar?

– Abituriyent stresslərini aradan qaldırmağın yolları hansılardır?

– İnsanın öz emosiyalarını, hirsini ifadə etməsi daha məqbul yoldur, yoxsa sakit reaksiya verməsi?

-Azyaşlı uşaqların psixologiyasında özünü göstərən neqativ halların qarşısını necə almalı?

-Yeniyetmələrin yaşadığı ruh dəyişikliyinə valideynlər necə reaksiya verməlidir?

Sevinc TELMANQIZI, musavat.com

Həmçinin oxuyun

Tağı Əhmədov “aristokratların xəstəliyi”ndən müalicə olunur

Hakim partiyanın Yasamal rayon təşkilatının sədri, Bakı Metropoliteninin sabiq rəisi Tağı Əhmədovun səhhəti ağırlaşıb, sağlıq …