Cümə , Fevral 3 2023
Ana səhifə / Cəmiyyət / Professor: “Prezident hər zaman Xalq Cümhuriyyətini qiymətləndirir, niyə qaşınmayan yerdən qan çıxarırlar?”

Professor: “Prezident hər zaman Xalq Cümhuriyyətini qiymətləndirir, niyə qaşınmayan yerdən qan çıxarırlar?”

“1918-ci ildə qərar qəbul edildi ki, İrəvanı Ermənistana versinlər və Ermənistan respublikası yaransın. Cənab Prezident İlham Əliyev düz deyib. Bu məsələlər haqqında “İşğal” adlı geniş məqalə yazmışam. Bu işdə hamının səhvi olub – Nəriman Nərimanovun da, Azərbaycan Xalq Cümhuriyyətinin də. Cümhuriyyətin üzvlərini Vladimir İliç Lenin, Nərimanov aldadıblar. Bu məsələyə o dövrün kontekstində qiymət vermək lazımdır. Həmişə olduğu kimi, o dövrdə Qafqazda ruslar hakim idi. Ona görə də bu hadisə baş verdi. Müxalifət çox səhv edir. O dövr o qədər dolaşıq dövr idi ki, həqiqətləri hələ yazmamışıq. Cümhuriyyət gənc, imkansız idi, məcbur idi ki, deyilən sözlərə qulaq assın…”

Bu sözləri Pravda.az-a müsahibəsində Əməkdar elm xadimi, professor Nizaməddin Şəmsizadə deyib.

“Prezidentin sözlərində heç bir qəbahət yoxdur. İlham Əliyev nə deyib? Məgər yalan deyib? Başımıza gələn bu bəlaların hamısı o dövrün hadisələrinin düzgün işıqlandırılmaması ilə bağlıdır. Göyçə, Zəngəzur – hamısını Ermənistana özümüz vermişik. Hətta 1970-ci illərdə ermənilərə Qazaxdan nə qədər torpaq verdik. Tarix var! Tarix amansızdır, faktlar amansız şeydir. Prezident Azərbaycan Demokratik Respublikasının əleyhinə heç bir söz deməyib. Cənab Prezident hər zaman Xalq Cümhuriyyətini qiymətləndirir. Niyə qaşınmayan yerdən qan çıxarırlar?”, – professor bildirib.

N.Şəmsizadə vurğulayıb ki, Ermənistan adlı yer olmayıb: “Əvvəl İrəvanı verdik, sonra digər torpaqları qamarladılar. Ermənilər həyasız millətdir, onlara “millət” də demək olmur, toplumdurlar. Əmir Teymur deyib ki, ermənilərin hamısını qıra bilərdim, amma saxladım ki, qoy bəşəriyyət görsün, bunlar necə rəzil toplumdur. Başımıza itin oyununu gətiriblər. Bunların konstitusiyasında türkə qarşı nifrət var. Heç vaxt “azərbaycanlı” sözünü işlətməyiblər – onlara görə erməni var, türk var…”

Həmçinin oxuyun

Zakir Qaralov 5 min manat pensiya alır

Azərbaycanın sabiq baş prokuroru Zakir Qaralovun aldığı pensiya məbləği bəlli olub. Bu barədə Gununsesi.info-nun araşdırmazı …