Bazar ertəsi , May 27 2019
Ana səhifə / Cəmiyyət / “Priton” kimi fəaliyyət göstərən “Clear” hoteli virus çəlləyinə çevrilib

“Priton” kimi fəaliyyət göstərən “Clear” hoteli virus çəlləyinə çevrilib

Fəxrəddin və Fikrət qardaşları əlvan metal ticarətinin böyük bir hissəsini nəzarətdə saxlayırlar

Onlara bu işdə hüquq-mühafizə orqanlarında çalışan nüfuzlu şəxslərdən biri yardımçı olur

Artıq çoxlarına bəllidir ki, Binəqədi rayonu ərazisində yerləşən, əslən Yardımlı rayonundan olan Fəxrəddin və Fikrət adlı qardaşlara məxsus olan “Clear” hotelində qadın alveri tüğyan edir. Lakin buna baxmayaraq, hələ də adıçəkilən obyektin fəaliyyətinə son qoyulmayıb. Əldə etdiyimiz bilgilərə görə, buna səbəb Fəxrəddin və Fikrət adlı qardaşlarının Binəqədi Rayon Polis İdarəsinin rəisi Namiq İsmayılov tərəfindən himayə olunmasıdır.

“Clear” hotelinin sahiblərinin İran və Ermənistanla uran alveri etdiklərini vurğulayan məlumatlı şəxsin sözlərinə görə, əvvəllər adıçəkilən obyekt hotel kimi müştərilərinə xidmət göstərsə də, artıq bir müddətdir ki, “Clear” əsl – “priton”a çevrilib: “Belə ki, gün ərzində hoteldə müxtəlif yaş qruplarından olan qadınlar bədənlərini satırlar. Qeyd edim ki, qadınlar əsasən axşam saat 8-dən sonra hotelə gəlirlər. Bu səbəbdən də axşam saatlarında “Clear” müştərilərlə dolu olur. Burada yüngül həyat tərzi keçirən qadınlarla intim münasibətdə olmaq üçün xüsusi otaqlar hazırlanıb. Hotelə kənardan baxdıqda dəbdəbəli, normal, səviyyəli məkana bənzəsə də, əslində vəziyyət tamam başqa cürdür. Yəni Fəxrəddin və Fikrət adlı qardaşların sahib olduqları obyekt əsas gəlirini məhz qadın alverindən əldə edir. Görünür, əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərən “Clear”a himayədarlıq edənlər, bu tip obyekti işlədənlər, qadın alveri ilə məşğul olan, azyaşlı qızları müəyyən məbləğdə pulun qarşılığında satışa çıxaranlar, bir sözlə insan ticarətinin genişlənməsinə şərait yaradan və qadınları cinsi istismara məruz qoyanlar hələ də anlamırlar ki, bu kimi hallar mövcud qanunvericiliyə görə birbaşa cinayət əməli hesab olunur. Odur ki, həm ərazi sahə müvəkkilləri, həm də yetkinlik yaşına çatmayanlarla iş üzrə inspektorlar bu qanunsuzluğa qarşı mübarizə aparmalıdır”.

Məlumatlı şəxs iddia edir ki, Fəxrəddin və Fikrət adlı qardaşlara məxsus olan “Clear” hotelinin tikintisi gedən zaman yaxınlıqda yaşayan sakinlərə deyiblər ki, guya burada hotel yox, idman təyinatlı hansısa müəssisə fəaliyyət göstərəcək: “Lakin tikinti işləri yekunlaşdıqdan sonra məlum olub ki, burada məhz hotel olacaq. Sakinlər ilk əvvəl buna etiraz etməyiblər. Çünki onlar elə zənn edirdilər ki, “Clear” həqiqətən də hotel kimi fəaliyyət göstərəcək. Ancaq üzərindən bir müddət keçdikdən sonra məlum olub ki, həmin obyekt hotel adı altında əxlaqsızlıq yuvası kimi fəaliyyət göstərir. Nəhəng binası, əzəmətli görünüşü, gözətçisi və mühafizəçisi olan obyektdə təxminən, 30-40 otaq müştərilərin ixtiyarına verilib. Otaqların kirayə qiyməti isə müxtəlifdir. Bildiyiniz kimi, bəzi ağır dəri-zöhrəvi və yoluxucu xəstəliklər, eləcə də insan həyatı üçün ciddi təhlükə hesab olunan viruslar məhz bu tip obyektlərdə yayılır. Çünki “priton”larda “xidmət” göstərən yüngül əxlaqlı qadınlar gündə 5-6, bəzən isə 10-15 nəfərlə yaxınlıq edir. Bu isə sonda həmin qadınların həm özlərinin, həm də onların “çalışdıqları” otellərin virus çəlləyinə çevrilməsinə səbəb olur. Odur ki, həmin yüngül əxlaqlı qadınlarla əlaqəyə girəndən sonra müştərilər bir sıra dəri-zöhrəvi xəstəliklərə yoluxma riskilə üz-üzə qalırlar. Bax, bu cür rəzalət “Clear” hotelində də yaşanmaqdadır. Yəni bura müraciət edən, daha doğrusu “priton”da fahişələrlə münasibətdə olan şəxslər gec-tez hansısa ağır xəstəliyə yoluxa bilərlər”.

Bu arada, Fəxrəddin və Fikrət adlı qardaşlarının nəhəng biznes şəbəkəsinə malik olduqlarını vurğulayan mənbənin sözlərinə görə, onlar əlvan metal ticarətinin böyük bir hissəsini nəzarətdə saxlayırlar: “Deyilənlərə görə, “Clear” hotelinin sahibləri əlvan metal biznesi ilə məşğul olurlar. Belə ki, onlar bu sektorunun böyük bir hissəsini inhisara alıblar. Onlara bu işdə hüquq-mühafizə orqanlarında çalışan nüfuzlu şəxslərdən biri yardımçı olur. Daha doğrusu, Fəxrəddin və Fikrət adlı qardaşlar məhz həmin şəxsin himayəsinə arxalanaraq əlvan metal biznesindəki bütün rəqiblərini neytrallaşdırmağa nail olublar. Onu da qeyd edim ki, qardaşlardan Fikrət spirtli içki aludəçisidir. Dəfələrlə olub ki, onun stuldan qalxmağa belə, təqati qalmayıb. Məhz bu səbəbdən qardaşı Fəxrəddinlə arasında bir neçə dəfə narazılıq yaranıb…”

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

gundelikbaku.com

Həmçinin oxuyun

Dövlət Sərhəd Xidmətinə tabe olan muzeyin iki adı var… – FOTOFAKT

Xəbər verdiyimiz kimi, Dövlət Sərhəd Xidmətinin (DSX) inzibati binasında “Siyasi repressiya qurbanları muzeyi”nin açılışı olub.Moderator.az-ın …

Bir cavab yazın