Çərşənbə axşamı , Aprel 23 2024
Ana səhifə / Cəmiyyət / Prezidentin xəbərdarlığına niyə əməl olunmur və ya bu villaları kimlər qoruyur? – FOTOLAR

Prezidentin xəbərdarlığına niyə əməl olunmur və ya bu villaları kimlər qoruyur? – FOTOLAR

Ötən il ölkə başçısının göstərişi ilə Səbail rayonu, ”Dostluq” parkı adlanan ərazidəki  dəbdəbəli villalar söküldü. Proses uzun müddət mətbuatda müzakirə olundu.

Xatırlayırsınızsa, Bakı meri Hacıbala Abutalıbovun təşəbbüsü ilə, musiqi sədaları altın da park ərazisindəki onlarla villa uçuruldu. Söküntü aparılan yer yaşıllıq salınacağı bildirildi.

Mia.az xəbər verir ki, musavat.com-un müxbiri aparılan yaşıllaşdırma işləri və söküntüdən sonrakı vəziyyəti öyrənmək üçün “Dostluq” parkına baş çəkib.

Dəbdəbəli villaların sökülməsindən 1 ildən çox vaxt keçsə də, vəd edilən yaşıllığa rast gəlmədik, “Dostluq” parkı  bərbad vəziyyətdə idi.

Söküntü işlərinin pərakəndə aparılması ətrafı xarabalığa çevirib. Söküntü qalıqları ərazidən təmizlənmədiyindən hər tərəf toz-torpaq içindədir. Fürsətsətdən istifadə edən sakinlər isə ərazinu zibilliyə çevrilib. Hündür hasarları buldozerlə vurub aşırıblar, qalıqlar ətrafa səpələnib. Külək əsdikdə isə həmin toz-torpaq ətrafda yaşayan sakinlərin həyətlərinə dolur.

Bakı merinin əkdiyi ağaclar isə susuzluqdan saralıb. Külli miqdarda vəsait hesabına  başa gələn yaşıllıqlar indi baxımsızlıqdan quruyur. Bəzi villalar sökülsə də,”Dostluq” parkının girişində xeyli sayda dəbdəbəli villa hələ də qalmaqdadır.

Görünür, Hacıbala Abutalıbovun söküntü zamanı səsləndirdiyi musiqi canlı musiqinin sədası hələ həmin villa sahiblərinin qulağına çatmayıb.  Yoxsa,  “Dostluq” parkındakı villada sakit yaşamaq kimin həddinə…

Diqqətimizi çəkən məqamlardan biri də o oldu ki, magistral yolun kənarındakı  villalardan birində açıq- aşkar tikinti işləri aparılır, villa sahibi Hacıbala Abutalıbovun sökdürdüyü hasarını yenidən bərpa edir.  2-3 metr hündürlüyündə betondan hasar tikdirir.  Uzaqdan olsa da, işləyən usta və fəhlələri görüntüləyə bildik.

Parkın ətrafında yaşayan sakinlərlə də həmsöhbət olduq.

Adının çəkilməsini istəməyən şəxs söküntü zamanı parkın ərazisini zəbt edən bir neçə villanın saxlanıldığını bildirdi: “Bu ətrafda yaşayanlar hamısı milyonerlərdi. Kasıb adam burada yaşamır. Kimin adamı varsa onun villasını sökmədilər. Qalanlarını isə sökdülər. Vaxtı ilə buraları özləri camaata satdılar,  hamı aldı. Sonra da gəlib sökdülər. Camaat pulunu verib, torpaq aldı. Diqqət etsəniz xeyli villalar qalıb. Yuxarı tərəflərə getsəniz,  milyonlara  başa gələn villaları görə bilərsiniz ki, onlar həmin prosesdə sökülməkdən xilas oldular. Ona görə ki,hamısı vəzifəli adamlardı. Görünür, onlara Bakı merinin də gücü çatmadı. Onsuz da bu parkdan əsər-əlamət qalmayıb. Yaşıllıqları məhv eləyib, sotunu yüksək qiymətə varlılara satdılar”. 














Həmçinin oxuyun

İrana gedən azərbaycanlıların sayı 42% artıb – Rəsmi

Bu ilin ilk 3 ayı ərzində İrana 40,6 min Azərbaycan vətəndaşı səfər edib.Yeniavaz.com-un açıqlanan rəsmi …

Bir cavab yazın