Bazar , Yanvar 29 2023
Ana səhifə / Cəmiyyət / Prezidentin Ermənistanı silkələyən bəyanatlar verdiyi məkandan reportaj – VİDEO

Prezidentin Ermənistanı silkələyən bəyanatlar verdiyi məkandan reportaj – VİDEO

Prezident İlham Əliyev 24 dekabrda Qərbi Azərbaycan İcmasının yenilənmiş binasının açılışını həyata keçirtdi. Əvvəllər Şuşa İcra Hakimiyyətinin binası olan bu məkan yenilənərək, Qərbi Azərbaycan icmasının istifadəsinə verilib.

Burada həm açıq, həm də strateji mesajlar vardır. Şuşa azad olundu və indi sıra …digər tarixi torpaqlardadır. Həmin ofisin Qərbi Azərbaycan icmasına verilməsi Prezidentin və Azərbaycan dövlətinin gələcək hədəflərinin istiqamətini, Azərbaycanın Ermənistana qarşı həyata keçirdəcəyi diplomatik mübarizənin yol xəritəsini, eyni zamanda, Qarabağdakı erməni icmasının qarşısına beynəlxalq tribunalarda hansı ‘’ev tapşırığı’’ ilə çıxacağımızı aşkar şəkildə göstərir. Ölkə ictimaiyyəti də, Ermənistan hökuməti də, Qarabağdakı erməni icması da bu möhtəşəm mesajdan öz payını götürüb.

Azərbaycan Prezidenti İlham Əliyevin QAİ binasında verdiyi açıqlamalar isə Ermənistan ictimaiyyətinin gündəminə oturub. Ermənistan rəsmi kanallarla, eləcə də media vasitəsi ilə bu açıqlamalara dəfələrlə reaksiya verib.

Prezident Əliyev açıq şəkildə deyib ki, Ermənistanın hazırda dövlət kimi fəaliyyət göstərdiyi toprpaqların hamısı Azərbaycanın tarixi torpaqlarıdır və tarixdə heç bir erməni dövləti olmayıb.

TV Musavat bu tarixi açılışın həyata keçirildiyi və bu tarixi bəyanatın səsləndiyi məşhur binaya getdi, oradan reportaj hazırlamaq qərarına gəldi.

Bəli… Qərbi Azərbaycan İcmasının binası… Ölkə prezidenti Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış oldu və Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşdü. Qeyd edək ki, 1989-cu ildən ‘’Azərbaycan Qaçqınlar Cəmiyyəti” İctimai Birliyi kimi fəaliyyət göstərən qurum bu ilin avqustun 3-dən etibarən “Qərbi Azərbaycan İcması”na çevrilib. Qərbi Azərbaycan İcmasının sədri, millət vəkili Əziz Ələkbərli söhbət zamanı icmanın məhz bu binada yerləşməsininin rəmzi xarakter daşıdığını bildirib.

Prezidentlə görüşdə tanınmış iş adamı, “Xəmsə” MMC-nin sahibi, Azərbaycan Quş əti, Yumurta İstehsalçıları və İxracatçıları Assosiasiyası İdarə Heyətinin sədri Mürvət Həsənli də var idi. İş adamı İrəvan və Zəngəzur ermənilərə verilməsini o dövr üçün tarixi səhv hesab edir.

Qərbi Azərbaycan icmasının sədri TV Musavata danışdı, verilən tapşırıqlar, eləcə də qarşıda duran vəzifələr barədə məlumat verdi.

Sevindirici haldır ki, Vətən müharibəsindəki zəfərimizdən sonra məcburi köçkün statusu almış vətəndaşlarımız öz yurd yuvalarına qayıtdı. Sıra qaçqın statusu almış Qərbi Azərbaycanlılarımızındır. İnanırıq ki, növbəti reportajları Qərbi Azərbaycandakı torpaqlarımızdan edəcəyik.
TV Musavatın hazırladığı video reportajı oxucularımıza təqdim edirik.

Həmçinin oxuyun

“Şahin, mən gəlmişəm, bəs, sən özün hardasan?” – Şəhid xanımı

Bu gün şəhid, Vətən Müharibəsi Qəhrəmanı Şahin Hüseynbala oğlu Allahyarovun ad günüdür. 29 yanvar 1993-cü …