Şənbə , Sentyabr 25 2021
Ana səhifə / Cəmiyyət / Prezidenti kövrəldən gənc xanəndə bu Əməkdar artistin oğludur – Video

Prezidenti kövrəldən gənc xanəndə bu Əməkdar artistin oğludur – Video

Bir neçə gün öncə Şuşa şəhərində, Cıdır düzündə baş tutan “Xarıbülbül” musiqi festivalının bədii hissəsi gənc xanəndə Kənan Bayramlının ifası ilə başlayıb. Xanəndənin ifa etdiyi “Bayatı Şiraz” muğamından parça Prezident İlham Əliyevi və festivalın qonaqlarını kövrəldib.

Gənc xanəndə əməkdar artist Təyyar Bayramovun oğludur.

K.Bayramlı 2006-cı ildə Bakı şəhərində anadan olub. Hazırda Heydər Əliyev adına Müasir Təhsil Kompleksinin 9-cu sinifində təhsil alır. 3 yaşından muğamla məşğul olan xanəndə Bülbül adına müsabiqənin ən kiçik  lauratı olub. K.Bayramlı 7-ci Uşaq Muğam müsabiqəsində birinci yerə, Xan Şuşunskinin 100 illiyinə həsr olunan müsabiqədə Qran Pri mükafatına layiq görülüb. O, 2018-ci ildə Heydər Əliyev Fondunun təşkilatçılığı və Mədəniyyət Nazirliyinin dəstəyi  keçirilən İmadəddin Nəsiminin yaradıcılığına həsr olunan, şeir və sənətin yaşadılması məqsədi daşıyan festivalda Sami Yusiflə eyni səhnəni bölüşüb. Unikal.org

https://ok.ru/videoembed/2493169076842

Həmçinin oxuyun

Zəngilana ilk köçkünlər nə vaxt köçəcəklər? – Prezident açıqladı

Zəngilana ilk köçkünlər gələn il, bəlkə də bu ilin sonuna qədər köçəcəklər. Bunu Prezident İlham …