Cümə axşamı , Mart 28 2024
Ana səhifə / Cəmiyyət / Prezidentdən məmurlara daha bir xəbərdarlıq: İdarəetmədə islahatlar davam etdiriləcək

Prezidentdən məmurlara daha bir xəbərdarlıq: İdarəetmədə islahatlar davam etdiriləcək

Dekabrın 30-da Heydər Əliyev Fondunun yeni layihəsi olan Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın açılışı olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva və Fondun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva açılış mərasimində iştirak ediblər. Mərasim zamanı Prezident İlham Əliyev və ailə üzvləri Xəzər rayonunun bir qrup sakini ilə görüşüblər. Prezident İlham Əliyev Zirə Mədəniyyət Mərkəzinin və eko-parkın yüksək səviyyədə qurulduğunu, burada hər cür şəraitin yaradıldığını bildirib. Ölkəmizin hər yerində, o cümlədən paytaxtda ictimai yerlərin, parkların yaradıldığını deyən dövlət başçısı bütün bunların da insanların rahatlığı üçün edildiyini diqqətə çatdırıb.

Son illərdə paytaxtın bütün kənd və qəsəbələri kimi Zirə qəsəbəsinin də inkişafının sürətlə getdiyini bildirən Prezident İlham Əliyev Xəzər rayonundan deputat seçilən Mehriban Əliyevanın fəaliyyətinin bu prosesə mühüm töhfə verdiyini, ərazidə icra olunan ekoloji layihənin müəllifinin Leyla Əliyeva olduğunu deyib. Ölkəmizdə sosial və infrastruktur layihələrinin, Bakı və ətraf qəsəbələrin inkişafı ilə bağlı Dövlət Proqramının uğurla icra olunduğunu söyləyən dövlət başçısı 2015-ci ildə Azərbaycanda ictimai sabitliyin təmin edildiyini dedi, növbəti illərdə ölkəmizin iqtisadi inkişafının təmin olunmasının diqqət mərkəzində saxlanacağını vurğulayıb. Gələn il idarəetmə sahəsində islahatların yeni formatda davam etdiriləcəyini deyən Prezident İlham Əliyev icra orqanlarının fəaliyyətində, vergi və gömrük sahəsində şəffaflığın təmin ediləcəyini bildirib.
“Azərbaycan xalqının maraqları mənim üçün hər şeydən üstündür”,- deyən dövlət başçısı Yeni il və Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə təbriklərini çatdırıb.

Azərbaycanın birinci xanımı Mehriban Əliyeva Milli Məclisin deputatı kimi Xəzər rayonunun inkişafının bundan sonra da diqqət mərkəzində saxlanılacağını dedi və bu işdə ona göstərdikləri dəstəyə görə sakinlərə təşəkkür edib.

Sakinlər də ölkəmizin, o cümlədən paytaxtın kənd və qəsəbələrinin inkişafına verdikləri dəyərli töhfələrə görə Prezident İlham Əliyevə və Azərbaycanın birinci xanımı Mehriban Əliyevaya minnətdarlıq etdilər.

 

Həmçinin oxuyun

Bakı meriyasında müşavirə keçirilib, bu şəxsə şiddətli töhmət verilib

Bakı Şəhər İcra Hakimiyyətində martın 26-da Binəqədi rayonunda qadının liftin qapıları arasında qalaraq ölməsi faktı …

Bir cavab yazın