Ana səhifə / Cəmiyyət / Prezident şəhid xanımlarını təltif etdi

Prezident şəhid xanımlarını təltif etdi

Bu gün Prezident İlham Əliyev bir qrup Azərbaycan qadınını təltif edib. Ölkə başçısının imzaladığı sərəncamla 13 nəfər “Tərəqqi” medalı ilə təltif olunub.

Təltif edilənlərdən ikisi şəhid xanımıdır. 

2016-cı ilin Aprel döyüşlərində şəhid olmuş polkovnik-leytenant Raquf Orucovun həyat yoldaşı Sevinc Alızadə və 2016-cı ildə Cəbrayıl rayonunda minaya düşərək şəhid olan polkovnik-leytenant Sənan Axundovun həyat yoldaşı Nəcibə Axundova “Tərəqqi” medalına layiq görülüb.

Qeyd edək ki, S.Alızadə “Zəfər” Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri, “YAŞAT” Fondunun Himayəçilik Şurasının üzvü, N.Axundova isə 45 saylı məktəbin direktorudur.

Həmçinin oxuyun

9 min manata Həcc ziyarəti? – “QMİ məsələyə aydınlıq gətirməlidir“

Bu il Azərbaycana Həcc ziyarəti üçün 680 nəfərlik kvota ayrılıb. Həcc ziyarətinin qiyməti bir nəfərə …