Şənbə , Sentyabr 23 2023
Ana səhifə / Cəmiyyət / Prezident Ramiz Mehdiyevi bu komissiyanın üzvlüyündən çıxardı

Prezident Ramiz Mehdiyevi bu komissiyanın üzvlüyündən çıxardı

Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının üzvləri dəyişib. 

Prezident İlham Əliyev “Azərbaycan Respublikasının Elm, texnika, memarlıq, mədəniyyət və ədəbiyyat üzrə Dövlət Mükafatları Komissiyasının yeni tərkibinin təsdiq edilməsi haqqında” fərmana dəyişiklik edib. 

Beləliklə, Komissiyada Azərbaycan Milli Elmlər Akademiyasının prezidenti qismində təmsil olunmuş Ramiz Mehdiyevi Akademiyanın hazırkı prezidenti İsa Həbibbəyli, mədəniyyət naziri kimi təmsil olunmuş Əbülfəs Qarayevi Adil Kərimli, səhiyyə naziri kimi təmsil olunmuş Oqtay Şirəliyevi Teymur Musayev, elm və təhsil naziri kimi təmsil olunmuş Ceyhun Bayramovu Emin Əmrullayev əvəzləyib. 

Həmçinin oxuyun

Bu şagirdlər məktəbə qəbiristanlıqdan keçib gedirlər – VİDEO

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nur yaşayış massivində yerləşən 314 nömrəli məktəbin şagirdləri təhsil üçün qəbiristanlıqdan …