Çərşənbə axşamı , Aprel 16 2024
Ana səhifə / Cəmiyyət / Prezident idmançılara ev verdi (FOTO)

Prezident idmançılara ev verdi (FOTO)

Dekabrın 23-də Milli Olimpiya Komitəsində 2015-ci ilə yekun vurulub, idmançılara və idman mütəxəssislərinə mükafatların təqdim edilməsi mərasimi keçirilib. AzərTAc-ın məlumatına görə, Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva mərasimdə iştirak ediblər.
Dövlətimizin başçısı tədbirdə çıxış edib.
Prezident İlham Əliyev idmançılarla görüşlərin artıq ənənəyə çevrildiyini, ildən-ilə idman uğurlarımızın artdığını, idmançılarımızın beynəlxalq yarışlarda yüksək nəticələr qazandığını bildirib. O, qeyd edib ki, 2015-ci ildə Azərbaycan atletləri beynəlxalq yarışlarda 823 medal qazanıblar ki, onların da 321-i qızıl medallardır. İdmançılara dövlət tərəfindən göstərilən qayğının da yüksək səviyyədə olduğunu deyən prezident İlham Əliyev onların sosial problemlərinin həlli istiqamətində hər il tədbirlərin görüldüyünü, bu prosesin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb. Artıq Azərbaycanın dünyada idman dövləti kimi tanındığını deyən prezident İlham Əliyev bu faktın beynəlxalq idman qurumlarının rəhbərləri tərəfindən də təsdiqləndiyini vurğulayıb.
Gələn il Bakının dünyada çox nüfuzlu “Formula-1” yarışlarına, Dünya Şahmat Olimpiadasına ev sahibliyi edəcəyini deyən Prezident İlham Əliyev vurğulayıb ki, 2017-ci ildə İslam Həmrəylik Oyunları da ölkəmizdə keçiriləcək.
Sonra 2015-ci ildə yüksək nailiyyətlər qazanan idmançılara və idman mütəxəssislərinə mükafatlar təqdim olunub.
Azərbaycan Prezidenti ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafında xidmətlərinə görə Oqtay Abdullayevə, Nizami Babayevə, Balahəsən Eynullayevə, Tofiq Əliyevə, Faiq Həsənova, Oqtay Məmmədova “Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi” fəxri adlarının döş nişanlarını təqdim edib.
Respublikamızda idmanın inkişafında xidmətlərinə görə Kamal Kebirlinskiyə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdlərinin verilməsi haqqında sənəd təqdim olunub.
Azərbaycanda qeyri-Olimpiya idman növlərinin inkişafında xüsusi xidmətlərinə görə Nizami Məmmədov, İlkin Səfərov, Eldar Məmmədov, Qadir Babayev Milli Olimpiya Komitəsinin prezidentinin fəxri fərmanları ilə təltif ediliblər.
Prezident İlham Əliyev 2015-ci ildə yüksək nailiyyətlər göstərmiş bir qrup idmançı və idman mütəxəssisinə yeni mənzillərin orderlərini təqdim edib.



































Həmçinin oxuyun

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldıldı

Azərbaycandan Həcc ziyarəti üçün kvota azaldılıb.Bu barədə Qafqaz Müsəlmanları İdarəsinin Xarici Əlaqələr şöbəsinin müdiri və …

Bir cavab yazın