Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Cəmiyyət / Prezident Gömrük Komitəsinin səlahiyyətlərini artırdı – FƏRMAN

Prezident Gömrük Komitəsinin səlahiyyətlərini artırdı – FƏRMAN

Azərbaycan Prezidenti İlham Əliyev Dövlət Gömrük Komitəsi haqqında Əsasnamədə dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Əsasnamənin 3.1.22-ci yarımbəndinə “valyuta nəzarətini həyata keçirmək” sözlərindən sonra “, o cümlədən valyuta sərvətlərinin Azərbaycan Respublikasına gətirilməsi və ya Azərbaycan Respublikasından çıxarılması zamanı, cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya digər əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsi izlərini aşkar etdikdə, cinayətin izlərinin qorunması və götürülməsi üçün tədbirlər görmək, əldə olunmuş sənədləri aidiyyəti üzrə cinayət təqibini həyata keçirən orqana göndərmək, habelə bu barədə məlumatı maliyyə monitorinqi orqanına təqdim etmək” sözləri əlavə edilib.

Həmçinin oxuyun

Son damla qanına qədər Kəlbəcərdə qalmalı olan keşiş dabanına tüpürüb İrəvana qaçdı

Erməni xalqı cəbhədə və masa arxasındakı rüsvayçı məğlubiyyətdən bütün müstəvilərdə öz nəsibini alır. Xalq olaraq …