Cümə axşamı , Dekabr 1 2022
Ana səhifə / Cəmiyyət / “Poz, qazan” kimi oyunların aludəçisinə çevrilmək… övladını, ailəni bada vermək deməkdir”

“Poz, qazan” kimi oyunların aludəçisinə çevrilmək… övladını, ailəni bada vermək deməkdir”

Xəbər verdiyimiz kimi, “Azərlotereya” ASC Bakı küçələrini qumarxanalara çevirib. Şəhərdə total şəkildə “Poz, qazan” qumarı gedir. Paytaxtın bir çox nöqtəsində bu oyunlara rast gəlmək mümkündür. Azinforum.az-ın məlumatına görə, psixoloq Zeynəb Eyyubova Demokrat.az-a açıqlamasında bildirib ki, övlad böyüdərkən valideynlərin birinci vəzifəsi övladlarına heç bir şeyi zəhmətsiz, təmənnasız əldə edə bilməyəcəyini öyrətməkdir. Psixoloqun sözlərinə görə, əgər bir valideyn doğru yaşında bu məlumatları övladına öyrədibsə, onda heç bir insan “Poz, qazan” kimi oyunlara vaxtını sərf etməyəcək:

“Bu cür qumar effekti olan oyunların təbliğatı ölkəmizdə çox sürətlə aparılır. Təlqinə meyilli, psixologiyası zəif insanlar bu kimi oyunların piarına daha tez uyur və daha tez aludə olurlar. Yəni, bu cür insanları cəlb etmək daha asandır.

Ona görə də bu oyunlar həm maddi, həm də psixoloji cəhətdən insanların həm özünə, həm də ailəsinə zərər vurur. Asan gəlir götürmək üçün xəyallar quran gənclər bəxtlərini sınamaq üçün bu oyunlara baş vurur və bir neçə dəfə oynadıqdan sonra proses vərdişə çevrilir. Əgər insan “Poz, qazan”a bütün beynini yeridirsə və bütün beynində düşünürsə ki, mən bunu pozacam və pul qazanacam, o zaman sən düşüncəndə yanılırsan. Yəni, bu tip qumar oyunların aludəçisinə çevrilmək həyatında övladını ailəsini, bada vermək deməkdir. Bütün bunlar da psixoloji problemlərin başlanğıcı hesab olunur”.

Psixoloq hesab edir ki, ölkədə bu cür qumar oyunlarının qarşısı təcili şəkildə alınmalıdır:

“Çünki belə oyunlar ailədaxili aqressiya yaradır, insanların özündə aqressiv hallar, natamamlıq kompleksinə gətirib çıxarır. Hətta, davranış pozuntusuna, psixoloji ruh hallına səbəb olur. Əgər sən görürsən ki, müflisləşirsən və sən bu oyuna davam edirsənsə, demək sən bu oyunun aludəçisisən”.

Həmçinin oxuyun

Əlisa Nicata Prezident təqaüdü verilə bilər – AYB

Xalq yazıçısı Anar özü Əlisa Nicata müəyyən maliyyə yardımı edəcək. Bunu APA-ya açıqlamasında AYB mətbuat …