Ana səhifə / Cəmiyyət / “Porsche”nin sahibi “Binə Kəbirə”nin qardaşı oğludur – Polis ölmüşdü

“Porsche”nin sahibi “Binə Kəbirə”nin qardaşı oğludur – Polis ölmüşdü

Ötən gün polisin ölümü ilə nəticələnən dəhşətli qəzanın bəzi təfərrüatları məlum olub.

“ Azinforum.az ” ın Yenicag.az-a istinadən məlumatına görə, Bibiheybət yolundakı faciəvi qəzanın səbəbkarlarından biri olan “Porsche” markalı avtomobilin sürücüsü Rövşən Aydın oğlu Məmmədov Azərbaycanda “Binə Kəbirə” kimi tanınan məşhur iş xanımı Kəbirə Məmmədovanın qardaşı oğludur.

1974-cü il təvəllüdlü Rövşən Məmmədov hazırda xəstəxana şəraitində müalicə olunur. O, əvvəlcə Travmotologiya İnstitutuna yerləşdirilsə də, daha sonra özəl klinikalardan birinə köçürülüb.

Qeyd edək ki, Rövşən Məmmədov ötən il ağır faciə yaşayıb. Belə ki, onun məktəbi yenicə bitirən 17 yaşlı oğlu rəhmətə gedib.

Rövşən Məmmədovun və onun gənc yaşda dünyasını dəyişən oğlunun fotolarını təqdim edirik:





Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın