Çərşənbə axşamı , Dekabr 5 2023
Ana səhifə / Cəmiyyət / Polşalı səyyah: “Azərbaycan Qarabağı çiçəklənən regiona çevirə bilər”

Polşalı səyyah: “Azərbaycan Qarabağı çiçəklənən regiona çevirə bilər”

“Azərbaycan Qarabağı çiçəklənən regiona çevirmək üçün bütün imkanlara və resurslara malikdir”.

Bunu “Report”a polşalı səyyah Artur Yunoşevski deyib.

Dünyanın 175 ölkəsində olduğunu deyən A.Yunoşevski regiona səfərlə bağlı təəssüratlarını bölüşüb:

“İlk gündə Qarabağın yalnız kiçik bir hissəsini gördüm. Dağılmış evlər ağır təəssürat yaradır, dərin hisslər buraxır. Ancaq düzgün investisiyalarla bölgəni bərpa etmək, onun ən qısa zamanda əvvəlki parıltısına qovuşmasını təmin etmək olar”.

Həmçinin oxuyun

Anar: “21 mənzili 230 nəfərə necə bölmək olar ki, hamı razı qalsın?”

Azərbaycan Yazıçılar Birliyinin (AYB) sədri Anar Rzayev ev qalmaqalı ilə əlaqədar yazıçılara cavab verib. O, …