Çərşənbə axşamı , Oktyabr 22 2019
Ana səhifə / Cəmiyyət / Polkovnik özü özünü niyə təkzib etdi?

Polkovnik özü özünü niyə təkzib etdi?

Azərbaycanda Dövlət Yol Polisinin sözçüləri tərəfindən zaman-zaman verilən açıqlamalar sonradan elə özləri tərəfindən də təkzib olunur.

Baş Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polkovnik Kamran Əliyevin son açıqlaması da az sonra təkzib edilməklə bu kimi halları yenidən xatırlatdı. Bildirək ki, K. Əliyev sputnik.az saytına açıqlamasında avtomobillərdə reklam xarakterli informasiyasının yerləşdirilməsinin qanunla ciddi tənzim olunduğunu və bu qaydaları pozanların cərimələndiyini bildirmişdi. Hətta onun dilindən bu sitat xüsusi olaraq təqdim edilmişdi: ““Avtomobilin şüşəsində “Satılır” yazısı yapışdırmaq da reklamdır”. (qeyd edək ki, hazırda bu açıqlama sözügedən saytda yoxdur).

Polkovnikin bu fikirləri mediada və sosial şəbəkədə yayıldı. Mütəxəssislər bu iddianın doğru olmadığını hüquqi cəhətdən şərh edərək aydınlatma gətirdilər. Bundan sonra K. Əliyev öz fikirlərini təkzib edən belə bir açıqlama yaydı: 

“Kimsə avtomobilini satırsa, avtomobilin üzərində “satılır” sözü yazıb, telefon nömrəsini də qoyursa, ona görə avtomobilin sahibi heç bir məsuliyyətə cəlb oluna bilməz”.

O, həmçinin, cərimənin tətbiq olunacağı haqda açıqlama vermədiyini də qeyd etdi. 

Xatırladaq ki, bundan öncə də anoloji hallar baş vermişdi. Onlardan biri avtomobillərin yanğınsöndürən balonları ilə təmin olunması ilə bağlı idi. DYP-nin sözçüləri  K. Əliyev və həmçinin Vaqif Əsədov bu haqda açıqlama verərək məcburi olduğunu, yanğınsöndürmə balonları olmayan avtomobillərin sürücülərinin cərimə olunacaqlarını bildirmişdilər.

Bir müddət bu məsələ mediada müzakirə mövzusu oldu. Hətta FHN-dən də bu haqda reaksiyalar oldu. Mütəxəssislər belə bir cərimənin mümkün olmaması haqda arqumentlər səsləndirdikdən və etirazlar qalxdıqdan sonra DYP rəsmiləri öz sözlərini geri götürdülər. Cərimənin tətbiq olunması da gündəmdən çıxarıldı.

Bundan başqa DYP sözçülərinin avtokreslo olmadan avtomobildə uşaqların gəzdirilməsinin qadağan olunması, bunu edən sürücülərin cərimələnməsi haqda təklif də etirazlarla qarşılandı. Yəqin ki, bu mövzu da oxucuların yaddaşında olar. Xeyli müddət müzakirə olunan bu mövzu da etirazlardan sonra DYP rəsmiləri tərəfindən geri götürüldü. (Daha doğrusu, guya bu fikirlərin düzgün başa düşülmədiyi qeyd edildi).

Avtomibilin axra oturacaqlarında əyləşib təhlükəsizlik kəməri bağlamayan sərnişinlərin cərimələnməsi haqda təklifin də aqibəti eyni oldu.

Vaxtaşırı bu kimi mövzuların ortalığa atılıb nəbz yoxlamasında DYP rəhbərliyinin məqsədi nədir, bu aydın deyil… Gözləyək növbəti mövzuları.

Həmçinin oxuyun

“Şollerin arxivi” bədii filmi: ABŞ-da bir gündə iki qələbə – Foto

“Şollerin arxivi” növbəti dəfə müəllifinə böyük uğur qazandırıb. Azərbaycan kino tarixində ilk dəfə yerli istehsal …