Ana səhifə / Cəmiyyət / Polkovnik general Arzu Rəhimovdan şikayət etdi -VİDEO

Polkovnik general Arzu Rəhimovdan şikayət etdi -VİDEO

Ehtiyatda olan polkovnik-leytenant Ağa Fəttahov mətbuat konfransı keçirib. Ağa Fəttahov mətbuat konfransında əvvəlcə özü barədə məlumat verib. Məlum olub ki, Ağa Fəttahov 1963-cü ildə Bakı Hərbi Ali Məktəbini bitirib. SSRI ordusunda, Ukrayna, Əfqanıstan, Leninakan və Lənkəranda hərbi qulluq keçib.
Əfqanıstanda hərbi xidmətinə görə “Qırmızı ulduz” ordeni ilə təltif olunub. 1991-ci ildən Azərbaycan Ordusunda xidmət edib. Azərbaycanın bütövlüyü uğrunda döyüşlərin fəal iştirakçısı olub.
1992-ci ilin mart ayında müdafiə nazirinin əmrilə vaxtından əvvəl mayor rütbəsi alıb. 1995-ci ildən 2012-ci ilə qədər Şuşa, Xocalı, Lerik və Tovuz rayonlarının hərbi komissarı vəzifəsində çalışıb.
Arzu Rəhimov Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi təyin olunandan sonra polkovnik-leytenant işdən azad edilərək təqaüdə göndərilib.
İstiqlal.az xəbər verir ki, Ağa Fəttahov mətbuat konfransında ölkə başçısı İlham Əliyevə müraciət edərək bildirib ki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti uçuruma gedir. Polkovnik-leytenantın sölərinə görə, buna səbəb xidmətin rəisi general-mayor Arzu Rəhimovun səriştəsizliyi ilə əlaqədardır.
Ağa Fəttahov həmçinin deyib ki, Arzu Rəhimovun onu təqaüdə göndərməsi də qanunsuzdur: “Bu ilin may ayının 19-da Arzu Rəhimovun qəbuluna getdim. Bundan əvvəl mən mətbuat vasitəsilə Arzu Rəhimovun qanunsuz əməllərini ictimailəşdirmişdim. O, məndən soruşdu ki, sən nə istəyirsən? Cavab verdim ki, bizi qeyri-qanuni olaraq təqaüdə göndərmisiniz. O isə iddia etdi ki, atdığı addım tam qanunidir və bildirdi ki, guya mən ona və rəhbərlik etdiyi quruma böhtan atıram. Mənim isə cavabım bu oldu ki, əgər böhtan atıramsa, o zaman məhkəməyə müraciət etsin və dediklərimin fakt yoxsa böhtan olduğu hüquqi müstəvidə araşdırılsın.
Hərbi Nizamnaməyə görə əgər bir zabit polkovnik vəzifəsindədirsə və polkovnik rütbəsini çoxdan almalıdırsa, ona həmin rütbə verilməlidir. Zabit o zaman yaşla əlaqədar ehtiyata göndərilir ki, o, tutduğu vəzifəni layiqincə icra edə bilmir. Bu halda da onunla əvvəlcə söhbət aparılır və ona izah olunur ki, siz bu vəzifəyə layiq deyilsiniz və ehtiyata göndərilirsiniz.
Amma Arzu Rəhimov heç bir əsas olmadan peşəkar zabitləri təqaüdə göndərib. Maraqlıdır ki, Arzu Rəhimov tez-tez deyir ki, mən Hərbi Nizamnaməyə uyğun hərəkət edirəm. Məgər Hərbi Nizamnamədə yazılıb ki, təqaüd yaşından artıq 3-5 il keçən zabitlər vəzifədə qala bilər? Arzu Rəhimov bizdən sonra bir 49, 50, 51 yaşı tamam olmuş bir neçə zabitə polkovnik rütbəsi verib. Bəs bizə niyə polkovnik rütbəsi verilmir? Arzu Rəhimov bizdən sonra quruma başqa dövlət orqanlarında çalışan və təqaüdə çıxanları xidmətə götürür. Məgər bu Hərbi Nizamnayə uyğundur?
Məsələn, xidməti uyğunsuzluğa görə Müdafiə Nazirliyindən qovulan öz qohumu mayor Kazımov Rəşadı, Abbasquliyev Mədəti və bir çoxlarını rəhbərlik etdiyi quruma qəbul edib. Hətta bizimlə bir yerdə tərxis olunan bir neçə zabiti yenidən işə qaytarıb. Mən ona bu barədə sual verəndə, dedi ki, onların təqaüdə çıxmaqlarına 1-2 il qalıb. Halbuki onlar hamısı təqaüd alır.
Başqa bir misal. Vaxtilə işinin öhdəsindən gələ bilməyən Gəncə şəhəri Nizami rayonunun hərbi komissarı polkovnik Rəsul Quliyev yenidən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinə işə götürülüb. Təsəvvür edin, Müdafiə Nazirliyi bu şəxsin fəaliyyətini yoxlayır və onun xidmətini “2″ qiymətləndirir, amma Arzu Rəhimov bu adamı işə götürür. Bu yoxlamalardan ”4″ qiymət almış, Əfqanıstan və Qarabağ müharibəsinin iştirakçıları olan peşəkar zabitlər isə təqaüdə göndərilir”.
Ağa Fəttahovun sözlərinə görə, Arzu Rəhimov quruma təyin olunandan hərbi komissarlıqlarda çalışan 800-1000 nəfər civarında mülki işçini işdən azad edib: “Bu yaxınlarda bir nəfər anonim şəkildə yaxınlaşıb dedi ki, Arzu Rəhimov quruma ancaq öz qohumlarını, tanışlarını və yerlilərini qəbul edir. Onun vəzifəyə təyin olunmasından sonra quruma işə götürülən zabit və mülki vətəndaşları yoxlasalar, bu fakt öz təsdiqini tapar. Yeri gəlmişkən, Arzu Rəhimov vəzifəyə yeni təyin olunanda bizə tapşırıq verdi ki, tərcümeyi-halınızı təzədən yazın və orada dəqiq göstərin ki, sizin atanız hansı şəhərdə, hansı kənddə anadan olub. Hansı qurumda belə bir şey var?!
Bir məqamı xüsusi qeyd etmək istəyirəm.
Əvvəllər Hərbi Komissarlıq sistemində işləyənlərin 75 faizi mükli vətəndaşlar, 25 faizi isə zabitlər idi. Zabitlərin azlığı ondan ötrü idi ki, dövlət büdcəsinə ziyan vurulmasın. Bir zabitə verilən maaş orta hesabla 4-5 mülki şəxs işləyə bilər. Bildiyiniz kimi Hərbi Komissarlıq sistemi əsasən oturaq işdir. Ona görə də bu sistemə çoxlu sayda zabitə ehtiyac yoxdur. Arzu Rəhimov isə rəhbərlik etdiyi qurumun ştat cədvəlini zabitlərin hesabına şişirdib. Hazırda qurumda çalışanların 75 faizi zabitlər, 25 faizi isə mülki vətəndaşlardır. Görün dövlətin büdcəsinə nə qədər ziyan vurulur.
Bir məsələni də xüsusi qeyd etmək istəyirəm.
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin ikinci iclasında qurumun Lənkəran şöbəsinin keçmiş rəisi Əliyev Mirsalam mənə yaxınlaşıb dedi: “Məndə dəqiq məlumat var ki, Arzu Rəhimovu sovet ordusundan 61-ci maddə ilə tərxis olunub. Amma burada şəxsi işində 59-cu maddəni yazdırıb”. Mən ona dedim ki, bu ola bilməz, axı maddəni necə dəyişib? O dedi ki, 1989-90-cı illərdə keçmiş hərbi hissələrin möhürləri əllərdə gəzirdi. Yəni, bunu etmək o qədər də çətin deyildi. Qeyd edim ki, 61-ci maddə ilə tərxis olunan hərbi qulluqçu yenidən hərbi vəzifəyə təyin ola bilməz. Mən Mirsalama deyəndə ki, bəs axı onun şəxsi işini əvvəldən yoxlayıb, sonra Ali Baş Komandana təqdim edirlər. O isə dedi ki, bunu dəqiq bilmək üçün gərək keçmiş SSRI-nin arxivinə müraciət edəsən.

Buna baxmayaraq mən yenə ona inanmadım. Amma bu yaxınlarda internetdə Arzu Rəhimovun tərcümeyi-halına baxdım və gördüm ki, doğrudan da o, 1989-cu ildə sovet ordusundan tərxis olunub. Lakin hansı maddə ilə tərxis olunduğu yazılmayıb. Artıq Mirsalamın dediyi faktı araşdırmaq xüsusi xidmət orqanlarının işidir”.
Ağa Fəttahov sonda bird aha İlham Əliyevə müraciət edib: “Cənab president, bu gün Azərbaycanda peşəkar zabitlərə ehtiyac var. Şəxsən mən bir peşəkar zabit kimi hər zaman vətənimə, dövlətimə xidmət etməyə hazıram. Mən bu yaşımda cəbhə bölgəsində belə sizin etimadınızı doğruldacağıma inanıram. Bir Ali Baş Komandan kimi sizin qərarınızı gözləyirəm”.

 

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın