Ana səhifə / Cəmiyyət / Politoloq ABŞ-ın Ermənistandakı səfirliyinin təzadlı mövqeyini açıqladı

Politoloq ABŞ-ın Ermənistandakı səfirliyinin təzadlı mövqeyini açıqladı

“He­sab edi­rəm ki, bu cür möv­qe ABŞ-ın de­mok­ra­tik öl­kə ki­mi imi­ci­nə cid­di zər­bə vu­ra bi­lər”

Ye­ga­nə Ha­cı­ye­va: “Çün­ki sə­fir­lik adın­dan ve­ri­lən açıq­la­ma ey­ni za­man­da ABŞ-ın möv­qe­yi ki­mi qə­bul edi­lir”

Mə­lum ol­du­ğu ki­mi, Er­mə­nis­tan­da ke­çi­ri­lən seç­ki­lər­lə bağ­lı mən­fi re­ak­si­ya­la­rın ve­ril­mə­si da­vam edir. ATƏT və Av­ro­pa Par­la­men­ti seç­ki­lə­rin nə­ti­cə­si­ni qə­na­ət­bəxş say­ma­yan bə­ya­nat­la çı­xış edib. ABŞ-ın Er­mə­nis­tan­da­kı sə­fir­li­yi də seç­ki­nin ye­kun­la­rı ilə bağ­lı açıq­la­ma ve­rib. Sə­fir­li­yin adın­dan ve­ri­lən bə­ya­nat­da cid­di tə­za­da rast gə­li­nir.
Be­lə ki, sə­fir­lik əv­vəl Er­mə­nis­tan xal­qı­nı baş tu­tan seç­ki mü­na­si­bə­ti­lə təb­rik edir, ar­dın­ca de­yir ki, bey­nəl­xalq qu­rum­la­rın tən­qi­di fi­kir­lə­ri­nə şə­rik­dir, ən son­da isə əv­vəl de­yi­lən­lər­lə uz­laş­ma­yan möv­qe­yi­ni bə­yan edir. Si­tat: “Seç­ki­lər ümu­mən bü­tün Er­mə­nis­tan əra­zi­sin­də nor­mal at­mos­fer­də keç­di. Se­çi­ci­lər öz seç­ki hü­quq­la­rı­nı sər­bəst rea­li­zə edə bil­di­lər”.
ABŞ sə­fir­li­yi­nin bu bə­ya­na­tı­nı nə də­rə­cə­də əsas­lı və ob­yek­tiv say­maq olar?
Po­li­to­loq Ye­ga­nə Ha­cı­ye­va “Bakı-xəbər”ə bil­dir­di ki, Er­mə­nis­tan­da ke­çi­ri­lən seç­ki­lə­rə ve­ri­lən qiy­mə­ti mü­əy­yən et­mək üçün ilk əv­vəl hə­min öl­kə­nin da­xi­li rə­yi­nə nə­zər sal­maq la­zım­dır:

“Er­mə­nis­ta­nın ən ta­nın­mış mü­xa­li­fət li­der­lə­ri bə­yan edir ki, hə­min öl­kə­də ke­çi­ri­lən pro­se­si seç­ki ad­lan­dır­maq ol­maz. Fak­ti­ki ola­raq xal­qın seç­ki hü­qu­qu­nun əlin­dən alın­dı­ğı, se­çi­ci­lə­rin haq­la­rı­nın zor­lan­dı­ğı bə­yan edi­lir. Seç­ki­ni mü­şa­hi­də edən ATƏT mis­si­ya­sı çox sərt bə­ya­nat­la çı­xış edib. Av­ro­pa Par­la­men­ti­nin də ana­lo­ji bə­ya­na­tı var. Ora­da qeyd edi­lir ki, seç­ki­lər pul­la alı­nıb. İn­di gə­lin ABŞ-ın Er­mə­nis­tan­da­kı sə­fir­li­yi­nin möv­qe­yi­nə diq­qət edək. Bil­di­ri­lir ki, on­lar mü­şa­hi­də mis­si­ya­la­rı­nın ver­di­yi qiy­mət­lə ra­zı­dır. Son­ra isə de­yi­lir ki, se­çi­ci­lər öz seç­mək hü­qu­qu­nu sər­bəst re­al­laş­dı­ra bil­di. Bu fi­kir əv­vəl­ki­lər­lə uz­laş­mır. Be­lə ba­şa dü­şü­lür ki, ABŞ sə­fir­li­yi Er­mə­nis­tan­da­kı seç­ki­nin həm pul­la sa­tın alın­dı­ğı­nı, həm də sər­bəst ke­çi­ril­di­yi­ni ey­ni an­da bil­di­rir. He­sab edi­rəm ki, bu cür möv­qe ABŞ-ın de­mok­ra­tik öl­kə ki­mi imi­ci­nə cid­di zər­bə vu­ra bi­lər. Çün­ki sə­fir­lik adın­dan ve­ri­lən açıq­la­ma ey­ni za­man­da ABŞ-ın möv­qe­yi ki­mi qə­bul edi­lir. Yə­qin ki, Döv­lət De­par­ta­men­ti sə­fir­li­yin bu tə­zad­lı möv­qe­yi­ni kor­rek­tə et­mə­yə məc­bur ola­caq”.
Mə­həm­mə­də­li QƏ­RİB­Lİ

Həmçinin oxuyun

“Vəziyyətimiz acınacaqlıdır, Kəlbəcərə qayıtmaq istəyirik, adımızı siyahıya salmırlar”

Kəlbəcərin Ağdaban kəndindən olan Sadiq Məmmədov deyir ki, 30 ildən çoxdur qazı, şəraiti olmayan yataqxanada …

Bir cavab yazın