Cümə axşamı , Aprel 18 2024
Ana səhifə / Cəmiyyət / Polisin obyektini işlədən Güləndam kimə güvənərək “at oynadır”?

Polisin obyektini işlədən Güləndam kimə güvənərək “at oynadır”?

Bakının 7-ci mikrorayon ərazisinə yaxın, “Lido” restoranının ətrafında yerləşən, el arasında “Ət bazarı” kimi tanınan yerdə müdhiş dələduzluq faktları baş alıb gedir. Bu barədə məlumatı Azinforum.az-a həmin  bazardan al-ver edən vətandaşlar verib. Edilən şikayətləri araşdırmaq üçün Azinforum.az-ın reportyorları deyilən ərazidə olub. Məlum olub ki, əsasən kənddən gətirilən ət məhsulları və başqa ərzaqların satışının həyata keçirildiyi bazardakı bütün külli-ixtiyar əslən Biləsuvar rayonundan olan Güləndam adlı bir arvada tapşırılıb.

Güləmdan öz əlaltılarının köməkliyilə bazarda kənd cücəsi adı ilə baha qiymətə broller toyuqlarının satışını həyata keçirir. Bu fırıldağa etiraz edən müştərilər isə onun tərəfindən təhqir edilir, bəzi hallarda isə,  döyülərək şərlənir. Güləndam fırıldağa etiraz edənləri Anar adlı şəxsin adı ilə təhdid edir. Apardığımız araşdırmadan sonra məlum olub ki, Anar həmin obyektin sahibidir.  Bizə o da məlum olub ki, hazırda polis orqanlarında çalışan Anar Binəqədinin keçmiş polis rəisi, rəhmətlik  Ələmdar Tağıyevin oğludur.

Azinforum.az olaraq sözügedən obyektin klassik Azərbaycan qanunları ilə Anara məxsus olduğunu bilirik. Polisdə çalışmağın həmin obyektin onun adına rəsmiləşdirməsinə problem yarada biləcəyi səbəbindən, bazar formal olaraq başqa adamın adına sənədləşdirilib. Buna baxmayaraq, aylıq icarə haqları Anara verilir…

Hər halda, əlaqədar qurumların deylən ticarət obyektində baş verənlərə əncam çəkməsi olduqca vacibdir.

Rövşən Əli,

Azinforum.az

ob

Həmçinin oxuyun

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) məktəb turunu yekunlaşdırıb

İqtisadi və Sosial İnkişaf Mərkəzi (CESD) Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Naxçıvan Muxtar …

Bir cavab yazın