Çərşənbə axşamı , May 21 2019
Ana səhifə / Cəmiyyət / Polis müstəntiqindən şok addım – İmza saxtalaşdırılıb

Polis müstəntiqindən şok addım – İmza saxtalaşdırılıb

Sabah Xəzər Rayon Məhkəməsində hakim Tərlan Əkbərovun sədrliyi ilə təqsirləndirilən Rauf Sultanovun işi üzrə məhkəmə prosesi keçiriləcək. 1-ci qrup əlil olan R.Sultanov dələduzluqda ittiham olunur.
İttiham aktına görə, R.Sultanov Nəsimi sakini Naidə Manafovadan 3500  manat borc alıb. Həmin pulu 6 ay sonra qaytarmalı olan R.Sultanov 15 gün gecikdirib. Borc sahibi isə Nəsimi polisinə üz tutub. Polisdə R.Sultanovun əməlini dələduzluq kimi qiymətləndiriblər. Ona Cinayət Məcəlləsinin 178-ci- dələduzluq maddəsi ilə ittiham irəli sürülüb.
İbtidai istintaq zamanı R.Sultanov pulu qaytarıb. Bildirib ki, xəstəliyi ilə əlaqədar pulun ödənişini gecikdirib. Üstəlik pulu N.Manafovadan alarkən öz avtomobilini də girov kimi ona təqdim etdiyini müstəntiqin diqqətinə çatdırıb. Qarşı tərəf onun sözlərini təqsdiqləyib. Bu etiraf müstəntiqi 1-ci qrup əlilə dələduzluq ittihamını irəli sürməyə mane olmayıb.
1-ci qrup əlil özünü ittiham üzrə təqsirli bilmədiyindən ittiham aktına imza atmayıb. İş məhkəməyə göndərilib.
Məhkəmədə ittiham aktı elan olunarkən R.Sultanovun ittihamla razı olması məlum olub. R.Sultanov isə bəyan edib ki, o, ittiham aktı ilə razı deyil. Hakim ittiham aktını R.Sultanova təqdim edərək imzasını tanıyıb-tanımadığını xəbər alıb. R.Sultanov isə ittiham aktındakı imzanın ona məxsus olmadığını bildirib. Belə bir halda məhkəmə xəttşünaslıq ekspertizası təyin olunub. Ekspertiza ittiham aktında təqsirləndirilən Rauf Sultanovun adı qarşısındakı   imzanın ona məxsus olmaması haqda rəy verib. Hazırda imzanın saxtalaşdırılması faktı ortadadır.
İttiham aktını tərtib edən, onu məhkəməyə göndərən müstəntiqdir. Qanunla belə bir səlahiyyət digər şəxsə verilmir. Buradan çıxan nəticə də budur ki, imzanı saxtalaşdıran da müstəntiqdir. Bu fakta məhkəmə qiymət verəcək. 1-ci qrup əlil olan Rauf Sultanova münasibətdə ədalət prinsipləri isə bəri başdan pozulub. Aylardır ki, 1-ci qrup əlili Şüvəlandakı İstintaq Təcridxanasında saxlayırlar. Halbuki qanunda bu kateqoriyaya aid şəxslərin saxlanma yeri kimi Penitensiar Xidmətin Müalicə Müəssisəsi göstərilir.
Üstəlik, Azərbaycan ədalət mühakiməsi sələmə pul götürüb qaytarılmasını gecikdirən, sonucda isə qaytaran bir əlili həbsə almaqla nə qazanacaq?
Məhkumun sayını artırmaqla cəmiyyətdəki əyrilikləri düzəltmək mümkündürmü? Sələmçiliyin baş alıb getdiyi bir yerdə 1-ci qrup əlilin həbsi nə dərəcədə ədalətlidir?
Qeyd edək ki, R.Sultanovun özü ilə yanaşı, valideynləri və  qardaşı da 1-ci qrup əlildirlər.
Mia.az

Həmçinin oxuyun

Naxçıvan əhalisinin sayı 456 min nəfəri ötüb

Naxçıvan Muxtar Respublikasında əhalinin sayı artıb. Azinforum.az xəbər verir ki, cari ilin 1 aprelində muxtar …

Bir cavab yazın