Ana səhifə / Cəmiyyət / “Polis işini vicdanla yerinə yetirir” – Arif Qasımov

“Polis işini vicdanla yerinə yetirir” – Arif Qasımov

Nizami Rayon Polis İdarəsində 2 iyul – Azərbaycan Polisi Günü münasibətilə tədbir keçirilib.

İH-dən Azinforum.az-a daxil olan xəbərə görə, tədbirdə Rayon İcra Hakimiyyətinin, Rayon Polis İdarəsinin rəhbərliyi və idarənin əməkdaşları iştirak ediblər. Tədbirdə çıxış edən Nizami Rayon İcra Hakimiyyətinin başçısı Arif Qasımov Azərbaycan polisinin cinayətlərin qarşısının alınması, ictimai qaydanın və təhlükəsizliyin qorunması, eyni zamanda insan hüquq və azadlıqlarının təmin edilməsi kimi məsuliyyətli vəzifələri vicdanla yerinə yetirdiyini, hər zaman xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət etdiyini diqqətə çatdırıb.

Eyni zamanda, o, dövlət hakimiyyəti və yerli özünüidarətmə orqanlarının, vətəndaşların polisə öz vəzifələrini yerinə yetirməkdə kömək göstərməli olduqlarını söyləyib.

Azərbaycan polisinin Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etdiyini söyləyən A.Qasımov Daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyətinin 931 nəfərinin bu müharibədə şəhid, 681 nəfərinin isə əlil olduğunu, eyni zamanda, 67 nəfər polis əməkdaşının Milli Qəhrəman adına layiq görüldüyünü qeyd edib.

Sonra Nizami Rayon prokuroru Aqşin Ziyadov, Nizami Rayon Məhkəməsinin sədri Məhəmməd Əkbərov çıxış ediblər.

Tədbirin sonunda xidmətdə fərqlənən Rayon Polis İdarəsinin bir sıra əməkdaşlarına Fəxri fərman və qiymətli hədiyyələr təqdim edilib.

1498901408-4994

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın