Bazar ertəsi , May 27 2024
Ana səhifə / Cəmiyyət / Polisə: “Yazma, bunu burax”, – deyən şəxs başını bəlaya saldı

Polisə: “Yazma, bunu burax”, – deyən şəxs başını bəlaya saldı

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi (BŞDYPİ) paytaxtın 20 Yanvar dairəsində və “Şamaxinka” adlanan ərazidə reyd keçirib.

Qaynarinfonun məlumatına görə, dayanma-durma qaydasını pozan sürücülərə qarşı tədbir görən zaman bir nəfər DYP əməkdaşlarının xidmətinə müdaxilə edərək, “yazma, bunu burax” kimi ifadələr işlədərək, qanuni fəaliyyətə imkan verməyib və əl-qol hərəkətləri edib.

Hadisə polislər yolun ikinci sırasında saxlayan avtomobilləri cərimə edən zaman baş verib. Nəticədə 1991-ci ildə Abşeron rayonunun Saray qəsəbəsində anadan olmuş Elçin İbadov (ad-soyad şərti) saxlanılıb.

Məhkəmənin qərarı ilə həmin şəxs 150 manat məbləğində cərimə edilib.

Həmçinin oxuyun

“Baxdım, yaxşı çəkilib” – Rasim Balayev “Alatava” haqda

Xalq artisti Rasim Balayev “Alatava” serialı ilə bağlı yeni açıqlamalar edib. O, ekran işini izlədiyini …