Cümə axşamı , Oktyabr 22 2020
Ana səhifə / Cəmiyyət / Polad Həşimov haqda film çəkiləcək – Video

Polad Həşimov haqda film çəkiləcək – Video

Şəhid general-mayor Polad Həşimovun xatirəsinə həsr olunmuş, Qarabağ həqiqətlərindən bəhs edilən “Komandir” bədii filmi çəkiləcək.

Bu barədə AzTV-də bildirilib. Filmin ssenari müəllifi və rejissoru Cəlalədidn Qasımov, redaktoru Əməkdar incəsənət xadimi Aydın Kazımzadədir. Ekran işinin ssenarisi real hadisələrə əsaslanır. Ssenaridəki hadisələrin bir hissəsi vaxtilə Tovuz rayonunda tibb bacısı işləmiş erməni qadın Tamara Adamyanın törətdiyi cinayətlərlə bağlıdır. Saat yarımlıq film hazır olduqdan sonra beynəlxalq film festivallarında nümayiş olunacaq.

Qeyd edək ki, general-mayor Polad Həşimov iyulun 14-də ermənilən Tovuz rayonu istiqamətində təxribatı nəticəsində şəhid olub.

Həmçinin oxuyun

Odessa azərbaycanlılarından Azərbaycan ordusuna dəstək!

Sentyabrın 27-dən başlayan Vətən Müharibəsi fonunda yalnız ölkə daxilindəki vətəndaşlarımızın deyil, Azərbaycandan kənardakı soydaşlarımızın da …