Cümə axşamı , Yanvar 21 2021
Ana səhifə / Cəmiyyət / “Peykləri azərbaycanlı mütəxəsislər idarə edir” – Rövşən Rüstəmov

“Peykləri azərbaycanlı mütəxəsislər idarə edir” – Rövşən Rüstəmov

“Elmin və texnologiyaların inkişafı növbəti 15 il ərzində aktual olacaq. Xüsusilə də internet texnologiyaları, süni zəkanın daha çox inkişaf etməsi gözlənilir”.
Bunu “Azərkosmos“ ASC-nin sədr müavini Rövşən Rüstəmov deyib. Onun sözlərinə görə, robortlar son illər ərzində populyarlaşıb, gələcəkdə daha da populyarlaşacaq və növbəti illərdə bir çox işlərin avtomatlaşdırılmasının şahidi olacağıq: “Brokerlər, bankçılar, hüquqşünaslar, auditorlar, kassirlər növbəti 10 il ərzində aradan çıxacaq. İnklüziv dayanıqlı iqtisadi inkişafa, “hamıya iş yerləri” şüarı altında işlər aparılmalıdır”.

R.Rüstəmov qeyd edib ki,Azərbaycanda insan kapitalı gələcəkdə bizi gözləyən dəyişikliklərə uyğunlaşmağa hazırdır: “Təbii ki, bunun arxasında düzgün qərarlar olmalıdır. Hazırda Azərbaycanın peykləri gənc azərbaycanlı mütəxəsislər tərəfindən idarə olunur. 2011-ci ildə Azərkosmos yaradılanda xaricdə təhsil almış azərbaycanlı gənclərin ölkəyə qayıtması nəticəsində biz “Azərkosmos“ komandasının formalaşdırılmasında heç bir çətinlik yaşamadıq.

Ümumilikdə tendensiya belədir ki, müəyyən iş növləri aradan qalxacaq, daha çox yaradıcılıq, liderlik bacarıqları yaxşı olan iş yerləri daha aktual olacaq. Milyonlarla insan peşələrini dəyişməsə öz işlərini itirəcəklər. İnsanlar bu riskləri nəzərə almalıdır. Hökumətlər, qeyri-hökumət təşkilatları insanları maarifləndirməli və stimullaşdırmalıdırlar ki, yeni peşələrə yiyələnsinlər”.

“Azərkosmos“da aparılan işlər barəsində danışan sədr müavini əlavə edib ki, ASC-də tədqiqatlar və inkişaf mərkəzləri yaradılır. O, qeyd edib ki, gənclər peyklərin idarə olunması üçün proqram təminatları hazırlayırlar. (Azvision.az)

Həmçinin oxuyun

19 hərbi prokurorluq işçisi intizam məsuliyyətinə cəlb olunub

Ötən il hərbi prokurorluq orqanlarında xidməti, icra və əmək intizamının daha da möhkəmləndirilməsi də diqqət …