Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / Penitensiar Xidmətə yeni rəis təyin olundu

Penitensiar Xidmətə yeni rəis təyin olundu

Azərbaycan Ədliyyə Nazirliyi Penitensiar Xidmətinə yeni rəis təyin olunub.

Report-un məlumatına görə, bu vəzifəyə polis general-mayoru Ceyhun Həsənov təyin edilib.

C.Həsənov bu təyinata qədər Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatda Baş Polis İdarəsinin rəisi vəzifəsində çalışıb.

Xatırladaq ki, Penitensiar Xidmətin bundan əvvəlki rəisi Mədət Quliyev olub.

M.Quliyev Azərbaycan Respublikası Prezidentinin 20.10.2015-ci il tarixli sərəncamı ilə milli təhlükəsizlik nazirinin birinci müavini, Prezidentin 14 dekabr 2015-ci il tarixli sərəncamı ilə Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi təyin edilib.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın