Şənbə , Yanvar 16 2021
Ana səhifə / Cəmiyyət / Paytaxtda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir- FOTOLAR

Paytaxtda sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir- FOTOLAR

Paytaxtda Nazirlər Kabinetinin qərarına əsasən, sərtləşdirilmiş xüsusi karantin rejimi tətbiq edilir. 

Bakı şəhər Baş Polis İdarəsindən “Report”a verilən məlumata görə, şəhərdə bütün iş, xidmət və ticarət sahələri üzrə fəaliyyət, eyni zamanda ictimai nəqliyyatın və avtomobillərin hərəkəti dayandırılıb. Yalnız xüsusi təyinatlı, qəza-bərpa, təcili tibbi yardım avtomobillərinin və fəaliyyətinə icazə verilən orqanların (qurumların) və təşkilatların xidməti, həmçinin onların əməkdaşlarına məxsus şəxsi avtomobillərin, eyni zamanda yaxın qohumlarının dəfnində iştirakla əlaqədar vətəndaşların şəxsi avtomobillərinin hərəkətinə icazə verilir.  

Həmçinin oxuyun

Azərbaycanın adı təhlükəli ölkələr siyahısından çıxarıldı

Ukrayna Azərbaycanı koronavirus pandemiyasının daha geniş yayıldığı “qırmızı zona” siyahısından çıxarıb. Bu barədə Ukraynanın Səhiyyə …