Ana səhifə / Cəmiyyət / “PAŞA Bank”ın kartları Rusiyada işləməyəcək

“PAŞA Bank”ın kartları Rusiyada işləməyəcək

“PAŞA Bank”ın kartları Rusiya ərazisində işləməyəcək.

Bununla bağlı Bankın yaydığı məlumatda bildirilir.
Qeyd edilir ki, “VISA” və “Mastercard” ödəniş sistemləri Rusiya bazarında fəaliyyətlərini dayandırıb:
“Hazırda Rusiyada səfərdə olan və yaxın günlərdə səfər edəcək müştərilərimizin diqqətinə!
“VISA” və “Mastercard” ödəniş sistemləri Rusiya bazarında fəaliyyətlərini dayandırdıqlarını bəyan edib. Bu səbəbdən Azərbaycan banklarının, o cümlədən “PAŞA Bank”ın kartları Rusiya ərazisində işləməyəcək.
Bunu nəzərə alaraq tövsiyə edirik, bank kartınızla vəsaitinizi ATM-lərdə nağdlaşdırasınız və ya nağdsız ödəniş əməliyyatlarını öncədən həyata keçirəsiniz.

Əlavə məlumat üçün Bankın Biznes Mərkəzlərinə və ya *8123 / (+99412) 4965004 (korporativ müştərilər üçün) , *9123 / (+99412) 4965000 (fərdi müştərilər üçün) Əlaqə Mərkəzinə müraciət edə bilərsiniz.

PAŞA Bank müştərilərlə uzunmüddətli əməkdaşlığı yüksək qiymətləndirir və müştəri məmnunluğunun artırılması üzrə mütəmadi olaraq tədbirlər həyata keçirir. Bu səbəbdən də, Müştərilərimizlə daima əlaqədə olmaq və göstərdiyimiz xidmətlər haqqında onların fikirlərini bilmək bizim üçün olduqca mühümdür. Bunu nəzərə alaraq bizimlə bölüşmək istədiyiniz məqamları [email protected] ünvanına elektron məktub yazmaqla çatdıra bilərsiniz”.

Həmçinin oxuyun

Marketlərdə məhsulların qiyməti niyə yoxdur? — VİDEO

“Tezliklə təmin olunacaq”. Bəzi iri marketlərdə məhsulların qiymətinin yazılacağı yerə bu ifadə qeyd olunub. Bu …