Şənbə , Aprel 20 2024
Ana səhifə / Cəmiyyət / “PAŞA Bank”ın İdarə Heyətinə yeni üzvlər təyin olundu

“PAŞA Bank”ın İdarə Heyətinə yeni üzvlər təyin olundu

APA xəbər verir ki, İdarə Heyətinin yeni üzvləri Şirin Əliyeva və Aydın Atakişiyevdir. Eyni zamanda, Ş.Əliyeva Baş hüquq inzibatçısı, A.Atakişiyev isə baş strategiya inzibatçısı vəzifələrini tutacaqlar.

Onların hər ikisi öz yeni vəzifələrinə 22 may 2015-ci il tarixindən etibarən təyin olunublar.

Xatırladaq ki, iyunun 29-da Müşahidə Şurasının qərarı ilə “PAŞA Bank”ın İdarə Heyətinin yeni sədri müəyyən olunub. Sədr vəzifəsinə öncə bankın İdarə Heyətinin üzvü olmuş Taleh Kazımov gətirilib.

Qeyd edək ki, bu təyinatdan əvvəl “PAŞA Bank”a Fərid Axundov rəhbərlik edib. F.Axundov öz işini bankın Müşahidə Şurasının üzvü kimi davam etdirəcək.

T.Kazımov yeni vəzifəsinin icrasına bu gündən, iyulun 1-dən başlamalı idi.

Həmçinin oxuyun

Abel Məhərrəmov məhkəməyə verildi

Bakı Dövlət Universitetinin (BDU) keçmiş rektoru akademik Abel Məhərrəmov məhkəməyə verilib. İddiaçı Nazim Fərrux oğlu Əmirovdur. …

Bir cavab yazın