Bazar ertəsi , Noyabr 30 2020
Ana səhifə / Cəmiyyət / Partiya sədrinin Göygöldə istixanaları, qoyun fermaları var? – AÇIQLAMA

Partiya sədrinin Göygöldə istixanaları, qoyun fermaları var? – AÇIQLAMA

Müasir Müsavat Partiyasının sədri Hafiz Hacıyevin Göygöl rayonunda istilikxanaları və mal-qara fermalarının olduğu barədə məlumatlar var. Rayonun Murovdağ qəsəbəsi yaxınlığındakı istixanalarda çalışanlar da Modern.az-a məlumatı təsdiqləyiblər.

Maraqlıdır, “Müasir Müsavat” rəhbəri bu obyektlərdən əldə edilən gəlirləri partiya üçün xərcləyirmi?

Amma Hafiz Hacıyev sayta açıqlamasında Göygldəki mülklərinin varlığını inkar etdi:

“Yanlış məlumatdır. Bu haqda kim sizə məlumat veribsə, həmin şəxs qərəzlidir. Belə bir şey yoxdur. Əgər mənim o cür malım-mülkün olsa, danan deyiləm. Əksinə, fəxr edərəm. Amma imkanlarımız yoxdur”.

Onun sözlərinə görə Müasir Müsavat Partiyasının hazırda maddi çətinlikləri var:

“İanələr hesabına, partiya üzvlərimizin könüllülük təşəbbüsləri ilə təşkilatımızın xərclərini qarşılamağa çalışırıq. Bilirsiniz ki, partiyamıza gələn insanların əksəriyyəti uzun müddət müəyyən işlərlə məşğul olan adamlardır. Maliyyələşdirmə baxımından hazırda çətinlik çəkirik. İşçilərimizin əksəriyyətinə əmək haqqı verə bilmirik və müxtəlif yerlərdə işləyənlər də var. Onlar gün ərzində üç-dörd saat könüllülk əsasında gəlib çalışırlar. Yəni demək olar ki, maddi vəziyyətimiz pisdir və imkan vermirlər ki, biz nəsə edək”.

Həmçinin oxuyun

Son damla qanına qədər Kəlbəcərdə qalmalı olan keşiş dabanına tüpürüb İrəvana qaçdı

Erməni xalqı cəbhədə və masa arxasındakı rüsvayçı məğlubiyyətdən bütün müstəvilərdə öz nəsibini alır. Xalq olaraq …

Bir cavab yazın