Bazar , Yanvar 24 2021
Ana səhifə / Cəmiyyət / Partiya sədrindən Azercell-ə ağır ittiham

Partiya sədrindən Azercell-ə ağır ittiham

Demokratik Maarifçilik Partiyasının sədri Elşən Musayev “facebook” səhifəsində Azercell şirkəti ilə bağlı status paylaşıb. Partiya rəhbəri mobil operator şirkətinin fırıldağını üzə çıxarıb.
Bununla növbəti dəfə Azercell-in dələduzluqla gəlir əldə etdiyi təsdiqlənib. Artıq sıravi abunəçilər deyil, ictimai fəaliyyəti olanlar da şirkətin saxtakarlıqlarından yazır.
Azinforum.az həmin statusu olduğu kimi təqdim edir.

Deməli belə: Təxminən apreldən bu yana hər ay sonu Azercell nömrəmə gələn borc 50 manatdan aşağı olmayıb və 52, 54, 56 civarında dəyişib. Nə vaxtdır elə o haqqda düşünürdüm. Ki, il boyu 20-25 manatı keçməyən məğləğ niyə birdən – birə belə şişsin?
Üstəlik, sinxron dəqiqliklə? Və…cavab gecikmir. Daha doğrusu Azercell özü – özünü ələ verir. 3 gün öncə şirkətin incə səsli xanım operatorlarından biri mobil nömrəmi yığaraq öz dəyərli məsləhətlərini ərz edir. Daha sonra isə maralı təklifdə bulunur:
“Yeni “hədsiz tarif” paketimiz var – aylıq ödənişi 50 manat. Məncə bundan istifadə edin. Çox sərfəli olar. Sizi düşünərək deyirik. Zatən neçə vaxtdır baxırıq, ən az 50 manatlıq danışırsınız”

***

Azercell mənim cibimi, büdcəmi düşünürmüş. Eyvah! Azercell abunəçidən, onun çox pul xərcləməsindən narahatmış. Payatonnan! Gülümmü, ağlayımmı bilmirəm. Həqiqətən kuryoz vəziyyətdir. Amma çox şükür, hər şey öz – özünə aydınlaşdı. Heç bir məchul qalmadı. Əsas da hər ay başında ödədiyim məbləğin niyə 50 manatdan aşağı olmaması ilə bağlı beynimdə ilişib qalan sualın dəqiq cavabını tapdım.

***

Bir az öncə vəkil korpusu ilə məşvərət elədik. Azercell-i ən yaxın günlərdə məhkəməyə verməyi düşünürəm. Başqa çarə yoxdur.

P.S. Ən son aldığım məlumatlara görə “211”əyarı ilə başlayan bir çox nömrələr eyni taktikanın qurbanıdır.

Həmçinin oxuyun

Pandemiyadan sonra toy və yas mərasimləri necə keçiriləcək?

Məşhur filmdə deyildiyi kimi, “xalqımın toy kimi gözəl adəti var, bu gözəl adətinə hörməti var”. …

Bir cavab yazın