Ana səhifə / Cəmiyyət / Partiya sədri Rövnəq Abdullayevi istefaya çağırdı

Partiya sədri Rövnəq Abdullayevi istefaya çağırdı

Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev SOCAR-ı düzgün maliyyə siyasəti yürütməkdə ittiham edib. Azinforum.az partiya sədrinin fikirlərini təqdim edir:

Bu SOCAR-ın bəxti heç gətirmir. Hara əlini uzadırsa, bir fırıldaq çıxır. Ölkənin əsas gəlir mənbəyi olmalı olan şirkət və onun rəhbərliyi nədəndirsə, heç düz işləyə bilmir.
SOCAR-ın rəhbəri Rövnəq Abdullayev həm də bir neçə ictimai vəzifə daşıyır. Bunlardan biri AFFA prezidenti vəzifəsidir. Bu postda olan Abdullayevin vaxtaşırı təmas etdiyi FİFA prezidenti Blatter, UEFA rəhbəri Platini biabırçılıqla korrupsiya ittihamına görə vəzifələrindən istefa verdilər. SOCAR-ın himayəsində olan, futbolumuzun klub flaqmanı Neftçi futbol klubu iflasa uğrayıb. Yığma komandımızın güzəranı göz önündədir.
SOCAR-ın digər fəaliyyət sferası, Allahın xalqımıza bəxş etdiyi neftdən gələn vəsaitin ağıllı şəkildə sərmayələrə transferidir. Türkiyədə mövcud PETKİM şirkətinə 6 milyard dolları yatıran SOCAR rəhbərliyi 15 iyul çevriliş cəhdindən sonra rahat otura bilmir. Qurumda aparılan həbslər, yoxlamalar, səsləndirilən Fetö ittihamları biznes nüfuza xeyli xələl gətirib. Abdullayevin Ərdoğan audiensiyası da vəziyyətin sabitləşməsinə kömək ola bilmədi.
Bu gecə də PETKİM Petrokimya Holdinq A.Ş.-nə məxsus dörd ünvanda axtarış aparılıb. 15 iyul tarixdən etibarən şirkətin siyahısında azərbaycanlıların da olduğu 31 nəfərin həbsi barədə məlumatlar vardır. 200 nəfər şirkət əməkdaşının polis nəzarətində yaşaması barədə Anadolu agentliyi məlumat yayıb. Görək bu gecə olan yoxlama Azərbaycan şirkətinin 51% paya malik olduğu biznes qurumunun dövlət çevrilişində hansı dərəcədə iştirakçı olması barədə nə aşkarlaycaq.
Əlbəttə ki, Azərbaycanda dövlət menecmenti özünə məxsus şəkildə aparılır. Əminəm ki, Abdullayev şəxsi müstəvidə səhv buraxmayana qədər yerində qalacaq. Yazılan xətalardan biri kifayət idi ki, SOCAR rəhbərliyi tam tərkibdə istefaya göndərilsin”.

Azinforum.az

Həmçinin oxuyun

Təcrübəsiz adamlar necə direktor olur? – “Dostluq, qohumluq əlaqələri…”

Son vaxtlar məktəb və kollec direktorlarının fəaliyyətində nöqsan aşkarlanması və bu səbəbdən həmin vəzifəli şəxslərin …

Bir cavab yazın