Çərşənbə , May 12 2021
Ana səhifə / Cəmiyyət / “PAPA JOHNS” şirkəti Azərbaycan xalqından üzr istədi FOTO

“PAPA JOHNS” şirkəti Azərbaycan xalqından üzr istədi FOTO

“Hislərinə toxunduğumuz hər bir kəsdən səmimi qəlbdən üzr istəyirik”.

Bu sözlər “Papa Johns” şirkətinin rəsmi saytında yazılıb. 

Səhifədə paylaşılan yazıda qarşıdan gələn Bayraq Günü münasibəti Azərbaycan xalqına təbrik ünvanlanıb.

Həmçinin şirkət etdiyi səhvə görə, Azərbaycan xalqından üzr istəyib: “Biz Azərbaycan xalqını qarşıdan gələn Bayraq Günü münasibəti ilə təbrik edirik! Xalqımıza sülh və firavanlıq diləyirik. Bütün Azərbaycanlılara bayramlarımızı doğmaları ilə öz evlərində keçirmələrini arzu edirik.

Sosial şəbəkələrimizdə etdiyimiz paylaşımın və onun silinməsinin nəticəsində hislərinə toxunduğumuz hər bir kəsdən səmimi qəlbdən üzr istəyirik”



Qeyd edək ki, Azərbaycanda fəaliyyət göstərən transmilli şirkətlər bir neç gün əvvəl Qarabağ savaşına “dəstək” məqsədli paylaşdıqları postlarını sosial şəbəkədəki səhifələrindən silmişdilər.

Bu şirkətlər Azərbaycanda fast-food (ayaqüstü yemək) şəbəkəsini quran “McDonald’s”, “KingBurger” və “Papa John’s” şirkətləridir.

Sözügədən şirkətlərin bu davranışı Azərbaycan xalqı tərəfindən kütləvi şəkildə etirazla qarşılanıb və boykot edilmişdi. Musavat.com

Həmçinin oxuyun

Laçına birinci girib, oğlu ilə birlikdə minaya düşən komandir — VİDEO

44 günlük Vətən Müharibəsinin qəhrəman əsgəri Rəşad Qəhrəmanov müharibə dövrü xatirələrindən danışıb. Müharibədə Rəşadın komandiri …