Ana səhifə / Cəmiyyət / Pandemiya taksi xidmətlərinə necə təsir edib? – Sorğu

Pandemiya taksi xidmətlərinə necə təsir edib? – Sorğu

Koronavirus pandemiyasına görə, həftəsonları və qeyri-iş günlərində ictimai nəqliyyatın fəaliyyətinə qoyulan məhdudiyyət taksi xidmətlərinə edilən müraciətlərin sayını artırıb. Bunu nəzərə alaraq, Media Təhlil Mərkəzi (MTM) tərəfindən 20-25 aprel tarixlərində taksi xidmətləri ilə bağlı sorğu keçirilib. Sorğuda iştirak edən 655 respondentin 46 faizini qadınlar, 54 faizini kişilər təşkil edib.

Media Təhlil Mərkəzindən bildirilib ki, sorğunun nəticələrinə görə, pandemiya dövründə respondentlərin 36,3 faizi ayda bir neçə dəfə, 28,1 faizi həftədə bir neçə dəfə, 14,7 faizi isə demək olar ki, hər gün taksidən istifadə edir. Cavab verənlərin 18 faizi sözügedən dövr ərzində taksi xidmətindən bir neçə dəfə istifadə etdiyini bildirsə də, 2,9 faizi istifadə etmədiyini qeyd edib. Sorğu iştirakçılarının 49,9 faizi taksini mobil tətbiq, 33,3 faizi zənglə sifariş edir. Respondentlərin 16,8 faizi isə yol taksilərinə müraciət edir.

Karantin rejimi respondentlərin 60,1 faizinin taksidən daha çox istifadə etməsinə səbəb olsa da, 27,5 faizinə təsir etməyib. İştirakçıların 12,4 faizi isə taksidən daha az istifadə etdiyini vurğulayıb.

Taksi ödənişlərini kartla həyata keçirənlər respondentlərin 87 faizini, nağd ödənişə üstünlük verənlər sorğu iştirakçılarının 13 faizini təşkil edib.

Sorğu iştirakçılarının 60 faizi taksi qiymətlərindən razı qalsa da, 40 faizi qiymətlərin yüksək olduğunu düşünür.

Həmçinin oxuyun

“WhatsApp” istifadəçilərinin NƏZƏRİNƏ! Bu gündən…

Bu gündən – 15 may 2021-ci il tarixindən “WhatsApp” messenceri istifadəçiləri seçim qarşısında qalır.Belə ki, …